İranın İsrailə hücumunu pisləyir və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram.
xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.
“Bu axşam İran İslam Respublikasının İsrailə qarşı həyata keçirdiyi genişmiqyaslı hücumun yaratdığı ciddi eskalasiyanı qətiyyətlə pisləyirəm. Bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram. Mən regionda dağıdıcı eskalasiyanın real təhlükəsindən dərin təşvişə düşürəm. Mən bütün tərəfləri Yaxın Şərqdə müxtəlif cəbhələrdə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıram”, – deyə qedyd olunub.