Rusiya İsraili təxribat xarakterli addımlardan əl çəkməyə çağırıb

Rusiya İsraili gərginliyin daha da artmasını istəmədiyini bildirən İrandan nümunə götürməyə çağırıb.

xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Biz Qərbi Qüdsü Fələstin-İsrail qarşıdurmasının gərginləşməsi nəticəsində onsuz da sabitliyi pozulmuş Yaxın Şərqdə son dərəcə təhlükəli və təxribat xarakterli hərbi əməliyyatlar praktikasından əl çəkməyə çağırırıq”, – diplomat vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, Qərbin Yaxın Şərqdə eskalasiyanın əsas səbəbləri barədə susması qəbuledilməzdir.

Share: