ABŞ Dövlət katibinin İnzibati işlər üzrə müşaviri Türkiyəyə səfər edəcək

ABŞ Dövlət katibinin İnzibati işlər üzrə müşaviri və siyasi məsələlər üzrə müşaviri vəzifəsini icra edən Con Bass 15-16 aprel 2024-cü il tarixlərində Türkiyəyə səfər edəcək.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, səfər Türkiyə xarici işlər nazir müavini səfir Burak Akçaparın dəvəti əsasında baş tutacaq.

Bu çərçivədə keçiriləcək təmaslar zamanı ikitərəfli əlaqələr, Qəzzədəki vəziyyət, regional və beynəlxalq məsələlər, o cümlədən 7-8 mart 2024-cü il tarixlərində keçirilən 7-ci Türkiyə-ABŞ Strateji Mexanizm görüşündə qəbul edilən məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Share: