“Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır”

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı 10-dan çox sənədin imzalanması planlaşdırılır.

-nın xəbərinə görə, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev “Sputnik Qırğızıstan”a müsahibəsində bildirib:

“Dövlət başçısı ötən ilin noyabrında SPECA-nın Bakıda keçirilən sammitində iştirak edib. Bununla yanaşı, hər iki ölkənin dövlət başçıları həm Türk Dövlətləri Təşkilatı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində də görüşlər keçirirlər. Onların arasında dərin işgüzar münasibətlər mövcuddur. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Prezident Sadır Japarovu Azərbaycan Prezidenti İlham Əliyevin adından COP29 sammitində iştirak etmək üçün bu ölkəyə səfərə dəvət etdi. O da məlumdur ki, Sadır Japarov planetin dağlıq nöqtələrində yerləşən ölkələrin maraqlarının müdafiəsi istiqamətində siyasət həyata keçirir. Onun bu siyasətini dəstəkləyən ölkələrin də sayı artmaqdadır. Azərbaycan da həmin bu dost dövlətlər arasında yer alıb”.

Share: