Yaponiya sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri 20 minə yaxın insanın yaşadığı Nisinoomote şəhərindən 157 km cənub-şərqdə olub.
Zəlzələ ocağı yerin 8 kilometr dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.