Ermənistanın İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə istintaqı aparılan cinayət işi çərçivəsində Səhiyyə Nazirliyində və tibb mərkəzlərindən birində axtarışlara başlayıb.
-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, əməliyyat-istintaq tədbirləri komitədə konstitusiya quruluşunun dəyişdirilməsi və ictimai asayişin pozulmasına cəhd faktı üzrə araşdırılan cinayət işi çərçivəsində həyata keçirilir.
Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, əməliyyatın təfərrüatları barədə əlavə məlumat veriləcək.