AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Sizin yerli Avropa bankınız – AccessBank, 2024-cü ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayır. Hesabat dövründə müştərilərə etibarlı maliyyə xidmətləri təklif etməklə AccessBank, bazarda mövqeyini möhkəmləndirməyi davam edir.

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

AccessBank, 2024-cü ilin 1-cü rübü ərzində əsas maliyyə göstəriciləri üzrə dinamik artım nümayiş etdirib, hesabat dövründə Bankın xalis mənfəəti 16.5 milyon manat təşkil edib.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

Faiz gəlirləri 24.5% artaraq, 53.1 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 38.9% artaraq 33.2 milyon manata qədər yüksəlib. Qeyri-faiz gəlirləri 4.1 milyon manat təşkil edir. Xalis əməliyyat mənfəəti isə 1.9 dəfə artaraq, 16.2 milyon manata çatıb.

Nəticədə, Bankın məcmu kapitalı 155.5 milyon manata yüksəlib ki, bu da Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş minimum tələbdən 3 dəfə çoxdur.

Bütövlükdə, bank maliyyə əlçatanlığının təmin edilməsi strategiyasını davam etdirmiş və ötən ilin analoji dövrü ilə müqayisədə cəmi kredit portfelini 17.9% (157.6 milyon) artıraraq 1,035 milyon manata yüksəltmişdir.

Portfelin artımı biznes sektoruna, xüsusən də, mikro seqmentə verilmiş kreditlər hesabına formalaşıb. Biznes sektoruna verilmiş kredit portfelinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə 18.9% (127.5 milyon) artaraq 801.6 mln manat təşkil edib.

Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq, hesabat dövrünün sonunda 1.4 milyard manata çatıb.

Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 965.4 milyon manat təşkil edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.


Share: