“Telegram” ABŞ-nin hər iki böyük partiyası tərəfindən təhdid edilib”

2021-ci ilin yanvarı 6-da Kapitoliyə hücumdan sonra “Telegram“ ABŞ-nin həm Demokratik, həm də Respublikaçı partiyalarının nümayəndələri tərəfindən təhdid edilib.

xəbər verir ki, bunu messencerin həmtəsisçisi Pavel Durov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Durovun sözlərinə görə, o, əvvəlcə demokratlardan məktub alıb və məktubda ondan bu iğtişaşlarla bağlı məlumatları təqdim etmək tələb edilib. Qeyd edilib ki, tələbin yerinə yetirilməməsi “ABŞ Konstitusiyasının pozulması olacaq”.

Daha sonra isə, o, Respublikaçılar Partiyasının nümayəndələrindən məktub. Orada isə qeyd edilib ki, məlumatlar demokratlara verilsə Durov “ABŞ Konstitusiyasını pozmuş olacaq”.

Share: