Borrel bir daha avropalıların Donbas uğrunda ölməyə getməyəcəklərini bəyan edib

Borrel bir daha avropalıların Donbas uğrunda ölməyə getməyəcəklərini bəyan edib

Borrel bir daha avropalıların Donbas uğrunda ölməyə getməyəcəklərini bəyan edib

Avropa Ukraynanı silahla dəstəkləməyə davam etməlidir.

-nın xəbərinə görə, bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında çıxış edən Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.

Cozep Borrel deyib ki, avropalılar Donbas uğrunda ölməyə getməyəcək: “Ancaq biz ukraynalıların uzun müddət ərzində Donbas uğrunda ölməməsinə nail ola bilərik. Bunun üçün də müqavimət göstərdiyi müddətdə Ukraynanı dəstəkləməliyik. İnsanlar soruşurlar ki, nə zamana qədər Ukrayna üçün pul xərcləyəcəyik. Ancaq biz Ukraynanı dəstəkləməyə söz vermişik. Avropa İttifaqı nə qədər ehtiyac var, Kiyevə o qədər kömək etmək niyyətindədir”.

Qeyd edək ki, Cozep Borrel bu il martın 21-də Aİ-nin sammitində də anoloji bəyanatla çıxış edib.

Share: