Mərakeşin 5 şəhərində… – Nigar Arif yazır

Mərakeşin 5 şəhərində… – Nigar Arif yazır

“8-ci Layoune Beynəlxalq Poeziya Festivalı və 5 Qitədən Şairlərin Mədəni Dialoqu” 12 gün – aprelin 18-dən 29-nadək Mərakeşin 5 şəhərində ( Layoune, Safi, Tangire, Rabat, Mərakeş) və Sahara səhrasında baş tutdu.

 Festivala beş qitədən olmaqla 30 müxtəlif ölkələrdən tanınmış şairlər dəvət olunmuşdu , Azərbaycanı təmsil edən isə mən idim. Olduqca böyük, maraqlı, şən  və rəngarəng festival idi və adlarını sadaladığım şəhərlərin hər birində çıxışlarımız oldu, bütün tədbirlərdə 3 dildə – həm öz dilimizdə , həm də ingiliscə, ərəbcə tərcümədə şeirlərimizi səsləndirdik. ( öz dilimizdə və ingiliscə özümüz səsləndirirdik, ərəbcə tərcüməsi isə xüsusi təyin olunmuş tərcüməçi tərəfindən oxunurdu) Bir çox tədbirlərdə , konfranslarda, məktəb , universitet, nəşriyyat yerlərində qonaq olduq. Hamısında bizi çox hörmətlə, qonaqpərvərliklə qarşıladılar. Müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırıldıq.

Bir çox televiziya kanallarına müsahibələr verdik, Mərakeşin fərqli saytlarında da şəkillərimiz, çıxışılarımız barədə yazılar dərc olundu…

Layoune şəhərində Poeziya gecəsinin Bağlanış mərasimində bizə milli geyimlərini hədiyyə edərək geyinməyimizə kömək etdilər…Həqiqətən də özümüzü öz evimizdə kimi hiss edirdik…
Poeziya gecəsi keçirilən ən əsrarəngiz və sehirli yerlərdən biri “Sahara” səhrası, digəri isə “Tangier” şəhərində Mağarada idi…

Saharada iki dəfə olduq, çox poetik ab-havası vardı, mənzərəsi çox hüzurverici idi, mərasim də, poeziya gecəsi də möhtəşəm təşkil olunmuşdu. Həm şeirlərimizi səsləndirdik, həm Mərakeşin milli rəqsi, musiqisi, adət-ənənələri ilə tanış olduq, həm də rəqs edib əyləndik…

Ümumiyyətlə, qrup olaraq da yaş fərqləri olmasına baxmayaraq kifayət qədər deyib-gülən , şən, zarafatcıl, mehriban,əyləncəli qrup idik, elə bil 5 qitədən eyni “ kafada” olan bütün şairləri özəlliklə seçmişdilər  Bu arada ən cavan , azyaşlı şair mən idim, buna görə qalan şairlər hamısı mənə “ qızım” deyə müraciət edirdilər, mən də onlara “ anam, atam” deyə … )) O qədər doğmalaşmışdıq ki, heç kim ayrılmaq istəmirdi… Çox xoşbəxtəm ki, Mərakeşin ən böyük belə bir  Beynəlxalq Şeir Festivalında Azərbaycanı təmsil edən mən oldum və  müxtəlif ölkələrdən istər insan olaraq, istərsə də şair olaraq kifayət qədər uğurlu, gözəl insanları yaxından tanıdım…

Share: