DİLƏK GƏMİSİ
Çürüdərkən məni, saran gerçək
Zərrə-zərrə, bu axan anlarda;
Sən demə, bir ömür arzıları
Yaşadırdım, nə xoş.., yalanlarda!
Qapı çaldı, dedim: “-güman, gəldin…”
Yaşadım ömrümü gümanlarda!
Gəlmədin sən, gecə devam etdi.
Ağardı təkcə gözüm danlarda!
Xeyrin ordusunu toğladı şərr
Süngüyə taxdığı quranlarda!
Yanıtsız sorğular içimdə dağ;
Zirvəyə çatmışam dumanlarda!
Gəl, dilək gəmisi səni gözlür,
Tüm umud günəşli limanlarda.
Əzabsa da, səni axtarıram,
Şer olub beynimə damanlarda!
Xosrov Barışan
Təbriz