Ermənistan polisi Kirants kəndinə gedən yolu bağladı

Ermənistan polisi Kirants kəndinə gedən yolu bağladı

Ermənistanın Tavuş vilayətinin Kirants kəndinə gedən yol bağlanıb. 

Müstəqil.Az  xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin polis qüvvələri vətəndaşların Kirants kəndi istiqamətində sərbəst gediş-gəlişini əngəlləyir və həmin icmanın heç bir sakinini buraxmırlar. Kirantsın sakinləri dünəndən etibarən dövlətlərarası yolu bağlı saxlayırlar”, – deyə qeyd olunub.

Qeyd edək ki, Kirants kəndinin bir hissəsi də Azərbaycana qaytarılacaq. Hazırda evləri sərhəddin Azərbaycan tərəfində qalan Kirants sakinləri üçün kempensasiyanın verilməsinə başlanılıb.

Müstəqil.Az

Share: