Sosial şəbəkələrdə ilahiyyatçı Elşad Mirinin paylaşımı geniş müzakirələrə səbəb olub. O, “Facebook”dakı hesabında “Allahın olmadığına inanmaq da inancdır” deyə paylaşım edib.
Kimisi onu bu paylaşımına görə qınayır, kimisi isə haqq qazandırır.
Maraqlıdır, görəsən, ilahiyyatçı əslində burda nə demək istəyib?
Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri Müstəqil.Az – a açıqlamasında bildirib ki, özünü ateist adlandıran insan Allahın olmadığını sübut edə bilmir.
Onun sözlərinə görə, bu səbəbdən də Allahın olmadığına inanır:
“Bu inanmağın özü də bir inancdır. Biri var teizm – yəni inanmaq, ateizm isə bunun tam əksidir. Məhz bu səbəbdən ateizmin özü də bir din anlayışıdır. Yəni inancsız olduğunu deyən insanın özü belə inanclıdır. Biri Allahın olduğuna inanaraq teist olur, digəri isə Allahın olmadığına inanaraq ateist olur”.
Müstəqil.Az