Rusiyada avtomobillə qızları vuran azərbaycanlı həbs olunub.
Müstəqil.Az Rusiya mediasına istinadla bildirir ki, hadisə bir müddət əvvəl Kalininqradda baş verib. Faiq adlı həmyerlimiz yolu keçən məktəbli qızları vurub. Nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə ağır xəsarət alıb.
Məhkəmənin qərarı ilə Faiq barəsində 4.5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Müstəqil.Az