Çində dəvələr üçün işıqforlar quraşdırıldı

Çində dəvələr üçün işıqforlar quraşdırıldı

Çinin Kumtaq səhrasında dəvələr üçün işıqforlar quraşdırılıb. 

Müstəqil.Az  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İşıqforlar tıxacların qarşısını almaq üçün lazımdır ki, bu da səhrada dəvə gəzintilərinin geniş yayılması ilə bağlıdır: “Ölkədə 5 gün davam edən may bayramlarında Kumtağa çoxlu turistlər gəlir. Keçmişdə bu yer Böyük İpək Yolunun Çinə açılan qapısı olub. Ötən il turistlər üçün 2,4 min dəvə ayrılıb. Bu il rekord qırılıb. Tıxacların turizmə böyük maneə törətdiyini nəzərə alan yerli hakimiyyət orqanları işıqforların quraşdırılmasına qərar verib”.

Müstəqil.Az

Share: