Olaylar.az xəbər verir ki, “Türk xalqları ədəbiyyatı” layihəsi çərçivəsində Qırğızıstanın Xalq yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Raevin “Dəlixana” romanının təqdimatı keçiriləcək. Tədbirdə yazıçılar, millət vəkilləri və digər tanınmış şəxslər iştirak edəcək. Kitab “XAN” nəşriyyatında nəfis tərtibatla “Onlar” seriyası çərçivəsində çap olunub. Kitabın türkcədən çevirəni Aysel Oğuz, redaktorlar yazıçı-publisist Yunus Oğuz və yazıçı Varisdir.
Təqdimat 23 may, saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək.