Şəhid kəşfiyyatçı leytenant Vüsal Muradovun 25 illik xatirəsinə həsr olunmuş “Vüsal gecəsi” adlı bədii ədəbi musiqili gecədə ilk olaraq dövlət himi səsləndirilib, sonra isə şəhidlərin əziz ruhlarını bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri açıq elan edilib.
Gecədə Ağdam RİH başçısı Vaqif Həsənov, Millət Vəkili Müşfiq Məmmədov, BSU-nun rektoru Anar Nağıyev, Müdafiə Nazirliyinin nümayəndələri, Ali Hərbi məktəbin kursantları, QHT və media nümayəndələri, şəhid anaları, qazilərimiz, Vüsal Muradovun döyüş, kursant yoldaşları, əsgərləri və mədəniyyət əhli iştirak ediblər. “Vüsal gecəsi”ndə əməkdar artist Firuzə İbadova, Xalq artisti Gülyaz Məmmədova, səsi ilə zalı titrədən Əməkdar artist Sevinc Sarıyeva və tələbələri, ifası ilə Ağdamı xatırladan Əməkdar artist Firuz Səxavət şəhidimizi öz vətənpərvər mahnıları ilə anıblar.
Bədii qiraət ustası Əməkdar artist Azad Şükürov gecənin iştirakçılarını məlahətli səsinin ahənginə bürüyüb.
Möhtəşəm səsə sahib Mirələm Mirələmov, Çilənay Hüseynova, Arif Səlimov, gənc xanəndə Məxfirət Alişanova da ifaları ilə zalda əyləşənlərin alqışlarını qazanıblar.
Aşıq Elşad Abbas , tar ifaçısı Məhərrəməli Alişanov. bədii qiraət ustası Həlimə Sultan, Sair, Günay Nəriman, Sevinc Şirin, kanon ifaçısı Humay Abbas şəhidimizi öz ifaları ilə ehtiramla yad ediblər.
Gecədə “Sübh şəfəqləri” rəqs ansamblının iştirakı ilə “Xarı bülbül” rəqsi tamaşaçılara təqdim olunub
Qulubəyovlar Mədəniyyət mərkəzinin rəhbəri bəstəkar, yazar Fərahim Sadiqin rəhbərlik etdiyi “Öncə vətən” qrupu da tədbirdə iştirak edib.
Gecənin sonunda Vüsal gecesinin təşkilatçısı Qabil Ədalət şəhidin öz hərbi geyimində səhnəyə çıxıb. Şəhidin anası Kəmalə xanıma yazdığı “Başına dönüm” şeiri ilə ilə çıxış edib.Daha sonra xanımın əlindən tutub səhnəyə çıxararaq, başından qara yaylığı açıb. Əvəzində isə xanımlıq rəmzi sayılan yaşıl kəlağayını başına örtüb. Təşkilatçının bu addımı böyük alqışlarla qarşılanıb.