NİİM sürücülərə müraciət edib – VİDEO

NİİM sürücülərə müraciət edib – VİDEO

NİİM sürücülərə müraciət edib – VİDEO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də avtomobillərin hərəkəti zamanı sürücülərin ara məsafəsinə düzgün əməl etməməsi və məcbur qalıb sərt tormozlamadan istifadə etməsidir. Növbəti belə bir qəza ötən gün axşam saatlarında Heydər Əliyev prospektində baş verib. Bir daha sürücülərimizin diqqətinə çatdırmaq istəyirik ki, bu qaydalara əməl etməmək bəzən ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə və yollarda sıxlıqların yaranmasına gətirib çıxarır.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün sürücülərə “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə nəzər salmağı tövsiyə edirik.

Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır”.

Share: