Şair-yazıçı, publisist Müşfiq Malik Muğanlının “Allahı sevməyə gəldim” kitabının təqdimatı olub

Şair-yazıçı, publisist Müşfiq Malik Muğanlının “Allahı sevməyə gəldim” kitabının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-yazıçı, publisist Müşfiq Malik Muğanlının yeni “Allahı sevməyə gəldim” səkkizinci kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutdu. Təqdimatı
AYB-nin Beynəlxalq Əlaqələr üzrə katibi şair, tərcüməçi, esseist Səlim Babullaoğlu giriş sözü ilə açdı. Sonra isə söz verildi şair, yazıçı, kinodramaturq, AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmiyə. Çıxış edənlər arasında Azərbaycan yazıçısı, tədqiqatçı, şair. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Buzovna Cümə məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-dini şuranın üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə Qazisi Hacı Soltan Əlizadə, ilahiyyatçı Hacı Cavid Pənahlı, yazıçı-həkim Sabir Əzizoğlu, Hacı Mir Sahib Mir Tahazadə, fransız dili müəllimi Cəlil Qurbanov, Emin Əzimov və şair Əfqan Dağlaroğlu kitab haqqında fikirlərini, ürək sözlərini dedilər.
Kitab iki hissədən ibarətdir. Birinci hissə “Allahı sevməyə gəldim”, ikinci hissə “Qarabağ Azərbaycandır” adlanır. Şairin bu kitabında oxucular vətənpərvərlik hissləri, milli təəsübkeşlik, saf sevgi duyğuları, fəlsəfi düşüncələr, insanlara, valideynlərə ehtiram göstərmək, Allaha eşq ilə yazılan yeni şeirlərlə, unudulmaz xatirələrin ictimai-estetik düşüncəyə uyğun bədii-emisional ifadələrlə, misralarla tanış olacaqlar. Ən əsası da kitabın ikinci hissəsində oxucular Azərbaycan xalqının dəyərli oğlu, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev haqqında maraqlı faktlar oxuya biləcəklər.

Share: