Polşa tərəfi iyunun 4-dən Polşa-Belarus sərhədindəki bufer zonasını geri qaytarır.
xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış jurnalistlərə açıqlamasında bildirib.
“İyunun 4-dən Belarusla sərhəddə bufer zonası bərpa olunacaq. O, Qaynovski və Belastok rayonlarını əhatə edəcək”, – nazir vurğulayıb.
Bildirilir ki, bufer zonasının yaradılması qərarı qeyri-qanuni miqrantlardan birinin sərhədi keçmək istəyərkən Polşa əsgərini bıçaqlamasından sonra verilib.