“Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən məktəblilər üçün növbəti sağlam qidalanma təlimi keçirilib

“Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən məktəblilər üçün növbəti sağlam qidalanma təlimi keçirilib

“Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Be Smart and New Moves” – məktəblilər üçün qidalanma təlimi layihəsinin icrasına başlanıb. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihə çərçivəsində pilot olaraq seçilən 176 nömrəli tam orta məktəbdə növbəti təlim mayın 22-də keçirilib. Layihə rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova tərəfindən 40 şagirdə “Balanslaşdırılmış qidalanma nədir?”, “Səhər yeməyinin əhəmiyyəti”, “Fast-food və sağlamlıq”, “Su qəbulunun əhəmiyyəti”, “Meyvə və tərəvəzlərin əhəmiyyəti”, “Sağlam qidalanma vərdişləri qazanmaq” mövzusunda geniş məlumat verilib. Həmçinin layihə çərçivəsində 176 nömrəli tam orta məktəbin şagirdləri arasında elan olunmuş “Sağlam qidalanma və fiziki aktivlik məktəblilərin gözü ilə” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Qaliblər hədiyyə və diplomlarla təltif olunub.

Təlim proqramı Finlandiya məktəblərində həyata keçirilən “Sapere” üsulu ilə keçirilir, bu, uşaq və yeniyetmələrə sağlam qidalanma vərdişi qazandırmaqda təsirli üsul hesab olunur.

Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində 176 nömrəli orta məktəbin müəllimləri üçün də təlimlər keçiriləcək.

#QHT #NGO #QhtAgentliyi #NgoAgency #Layihə #GTİB2024 #GTİB15İL

Share: