ABŞ-dan Çinə ZƏRBƏ – Viza qaydalarını dəyişir

ABŞ Çin vətəndaşlarına viza verilməsinə dair qaydalara dəyişiklik edəcəyi ilə bağlı bəyanat yayıb.

Müstəqil.az “RİA Novost” nəşrinə istinadən xəbər verir ki, yeni qaydaların iyunun 11-dən etibarən tətbiq ediləcəyi gözlənilir.

Məlumatda qeyd olunur ki, ABŞ viza müddətini məhdudlaşdırma hüququnu özündə saxlayır: “Bu günə qədər Çin vətəndaşlarına verilən vizaların əksəriyyəti maksimum işlətmə müddətinə malik idi. Lakin artıq iyunun 11-dən etibarən bu qaydalar dəyişəcək. Qaydaların dəyişdirilməsinə səbəb isə ABŞ-ın milli təhlükəsizlik strategiyasıdır. Görülən tədbirlər milli təhlükəsizlik strategiyası çərçivəsində və əqli mülkiyyətin rəqibə keçməsinin qarşısının alınması üçün görülüb. ABŞ əvvəlki kimi Çindən tələbələr, eləcə də vətəndaşlar qəbul etməyə davam edir”.

 

Share: