Xaçmaz rayonunda “SAHİBKARLARIN İXRAC FƏALİYYƏTİNİN TƏŞVİQİ” layihəsi icra edilib

Xaçmaz rayonunda “SAHİBKARLARIN İXRAC FƏALİYYƏTİNİN TƏŞVİQİ” layihəsi icra edilib

07 iyun 2024-cü il tarixdə “Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyi, Xaçmaz rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “SAHİBKARLARIN İXRAC FƏALİYYƏTİNİN TƏŞVİQİ” layihəsini icra etmişdir.

20 nəfər mikro, kiçik və orta sahibkarın cəlb olunduğu məlumatlandırma təlimində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı  Agentliyinin Quba-Xaçmaz Regional Koordinatoru Azər Pənahov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz Regional Bölməsinin müdir müavini  Aqşin Bayramov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-İxracın təşviqi departamentinin ixrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Əli Babayev və Rüstəm Oruclu, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.azexport.az portalının rəhbəri Ayxan Qədəşov iştirak edirdi.

Layihə rəhbəri Sənan Yəhya sahibkarları salamlayaraq  layihənin məqsədi haqqında qısa məlumat verdi: “Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması və ixracın genişlədirilməsi istiqamətində yaradılan dövlət xidmətləri və onların əlçatanlığı haqqında sahibkarların kompleks məlumatlandırılmasıdır”.

Sonra söz Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba-Xaçmaz Regional Koordinatoru Azər Pənahova verildi. Azər Pənahov sahibkarları salamlayaraq məlumat verdi ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017- ci il tarixli Fərmanı ilə yaradılıb və əsas məqsədi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində sahibkarların qanuni maraqlarının qorunmasını, digər dövlət qrumları ilə əlaqələrin qurulması və maarifləndirmədir. Eyni zamanda qeyd etdi ki, sahibkarlar dövlət xidmətlərindən faydalanmırlar. Ənənəvi istehsal və satış metodlarını dəyişmək yeni istehsal və emal sahələrinin yartadılmasında dövlət xidmətlərinə müraciət etməyi tövsiyə etdi.

İctimai müzakirələr zamanı Azər Pənahov sahibkarların verdiyi sualları cavablandırdı. Layihə rəhbəri Sənan Yəhya sonra sözü  İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional Bölməsinin müdir müavini Aqşin Bayramova verdi. Aqşin Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar və iqtisadiyyatının rəqabətə davamlılığıının təmin edilməsi istiqamətində regionda həyata keçirilən layihələrin icrasından, xüsusilə ixrac fəaliyyətinin genişləndirilməsi üçün logistika mərkəzinin yaradılması haqqında geniş məlumat verdi.

Sonra söz İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-İxracın təşviqi departamentinin ixrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Əli Babayevə verildi. Əli Babayev  qeyd etdi ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edildiyini və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi olaraq təsdiqlənmişdir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin əsas məqsədi xarici investisiyaları Azərbaycan iqtisadiyyatına cəlb olunmsı, xarici bazar araşdırmaları, xarici sərgilərdə iştirak, Made in Azerbaijan” brendi, sertifikatların alınması üçün müraciət qaydalar haqqında təqdimatla çıxış etdi. Eyni zamanda qeyd etdi ki, Azərbaycan Respublikasında və ya digər xarici ölkələrdə fəaliyyət göstərən sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün Agentliyin xidmətləri rəqəmsallaşdırılmaqdadır. O sahibkarları Agentliyin xidmətlərindən faydalanmağa çağırdı və verilən sualları cavablandırdı.

Sonra Sənan Yəhya sözü İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin azexport.az portalının rəhbəri Ayxan Qədəşova verdi. Ayxan Qədəşov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Vahid İxrac Ərizəsi, Sərbəst Satış Sertifikatının alınması haqqında geniş məlumat verdi. Azexport.az portalı və “Amazon”, “Ebay” “Alibaba” kimi beynəlxalq elektron ticarət platformalarında məhsul yerləşdirmə imkanları, “Payoneer” beynəlxalq ödəniş sistemindən istifadəyə dair zəruri məlumatları praktik nümunələri sahibkarların diqqətinə çatdırdı. Bundan əlavə olaraq qeyd etdiki rəqəmsal satış xüsusilə gənclərin biznes fəaliyyətinə başlmasında unikal imklanlar yaradır və sahibkarları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin azexport.az portalı ilə əməkdaşlıq etməyə dəvət etdi.

Təlimin sonunda Sənan Yəhya sahibkarları tədbirdə iştiraka görə təşəkkür etdi və gələcəkdə ixrac fəaliyyətində maralı olan sahibkarlara informasiya dəstəyi verəcəklərinə və digər dövlət qrumları ilə əlaqələndirmələri həyata keçirəcəklərini bəyan etdi.

Share: