“Mançester Siti”də forma geyinən Rahim Sterlinq ayağına M-16 tipli silah döyməsi vurdurub.
Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, döymə ingiltərəli azarkeşlərin sərt etirazlarına səbəb olub.
Onlar ayağına vurdurduğu döyməni sildirməsini, sildirməyəcəyi təqdirdə isə futbolçunun Dünya Çempionatı üçün təyin olunan heyətdən uzaqlaşdırılmasını tələb edib.
Rahim Sterlinq kimi ulduz futbolçuları kumir kimi gördüklərini bildirən silahlanmaya qarşı qruplar bu növ nümunələrin gəncləri və uşaqları fərdi silahlanmaya sövq etdiyini deyib. Onlar Sterlinqin bu döyməyə görə utanc hissi duymasını dilə gətirib.
Rahim Sterlinq isə gələn sərt reaksiyalardan sonra instaqram hesabından bu açıqlamanı verib:
“Atam mən iki yaşında ikən vurularaq öldürüldü. Buna görə özümə həyatım boyunca heç bir silaha toxunmayacağıma dair söz verdim. Buna görə də döyməmin mənim üçün daha dərin anlamı var”.