Əsl insanlıq nümunəsi belə olur

Əsl insanlıq nümunəsi belə olur

Solmaz Elqızı,

şair-publisist,

AYB-nin üzvü, Prezident təqaüdçüsü,

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu

Əsl insanlıq nümunəsi belə olur

     Dövri mətbuatda, sosial mediada, sosial şəbəkələrdə müxtəlif mövzularda yazılan yazıları, paylaşmaları izləyir və oxuyuruq.

İnsan xarakterləri müxtəlif olduğu kimi, paylaşılan mövzular da rəngarəng və müxtəlif olur. 

        Bu yazı da öz müxtəlifliyi və rəngarəngliyi ilə başqalarından seçilir. Və sual olunur ki, kimdir bu rəngarəng yazının qəhrəmanı? Gəlin yazımın qəhrəmanı haqqında sizlərə qısaca məlumat verim.

Cəlil Mürsəl oğlu Cəlilovdur yazacağım yazının qəhrəmanı. Sadə və olduqca mədəni gəncdir Cəlil Cəlilov. Xeyli müddətdir ki, Qax Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu şöbəsində çalışır. Rayon İcra Hakimiyyəti başçısının qəbuluna gələn vətəndaşları olduqca səmimi və xoş rəftarla qarşılayan bu gənc, sadə və zəhmətkeş bir ailədə doğulub və boya-başa çatıb. Anası Gülabə xanım çox alicənab insandır. Cəlil Cəlilovun atası Mürsəl Cəlilov dünyasını dəyişib. Allah ona rəhmət eləsin.

       Qax Rayon İcra Hakimiyyətinə hər hansı problemlə əlaqədar müraciət etdiyimdə Cəlil Cəlilovun yanaşma tərzi bir vətəndaş kimi məni çox sevindirir: “Solmaz xanım, işləriniz necə gedir? İşinizdə problem yoxdur ki?” Bax budur əsl insanlıq nümunəsi.

Qeyd etməliyəm ki, Musa Şaban oğlu Şəkiliyevin rəhbərlik etdiyi Qax Rayon İcra Hakimiyyətində işinin öhdəsindən  layiqincə gələn, böyük məsuliyyətlə çalışan gənclərin sayı çoxdur. Belə gənclərə misal olaraq şəhid ailələri, müharibə veteranları və qazilərlə işləyən şöbənin əməkdaşı Malik Həmzəyevi və başqalarını misal göstərə bilərəm.

         İcra strukturlarında və bütün aidiyyatı qurumlarda belə sadə, xoşrəftar, savadlı gənclərin çalışması biz vətəndaşları gəncliyə və gələcəyə böyük inamla baxmağa sövq edir.

Yazımın sonunda möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə söylədiyi: “Məmur xalqın xidmətçisidir”, –  fikrinə hər an sadiq olan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevə və onun rəhbərlik etdiyi kollektivin üzvlərinə dövlətimizə və xalqımıza xidmət naminə layiqli fəaliyyətlərində əlçatmaz uğurlar diləyirəm.

Share: