Ermənistandakı “məxməri inqilab”ın qələbəsindən sonra bədnam qonşumuzun Rusiyadakı səfirliyində ermənilərin saxta tarixinin təqdiqatçısı olan Samvel Karapetyanın 2004-cü ildə yazılmış yalan və təcavüzkar iddialarla dolu “Şimali Arsax” (Şimali Qarabağ) kitabının rus dilinə tərcümə edilmiş versiyasının təqdimatı ABŞ-ın əli ilə çevriliş edən işğalçı dövlətin bundan sonrakı siyasətinin əsas istiqamətlərini müəyyən etməyə imkan yaradıb.
“Kavkaz plus” nəşri qonşu dövlətlərin torpaqlarına iddialarından əl çəkməyən ermənilərin, kitabın üz qabığında yerləşən xəritədən də göründüyü kimi, Azərbaycan-Gürcüstan sərhədi boyu yerləşən torpaqlara iddia ilə çıxış etdiklərinə diqqət çəkib.
Samvel Karapetyanın hüdudsuz və reallıq hissini itirən təsəvvürənə görə, “Şimali Arsax”ın əraizinə Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindəki bütün ərazilər daxildir.
“Bildiyiniz kimi, Gürcüstan və Azərbaycanı birləşdirən əsas magistral Qırmızı Körpüdən keçir. Bu magistral vasitəsilə Gürcüstan-Azərbaycan sərhədini keçən heç kimin ağlına belə gəlmir ki, sərhədi keçməklə “Şimali Arsax” ərazisinə gəlmiş olurlar. Üstəlik, erməni milliyətçilərinin təsəvvürünə görə, onlar “Şimali Arsax”a (Azərbaycan ərazilərinə iddia) qədim erməni torpağı olan Quqarkdan (Kvemo Kartli də daxil olmaqla Gürcüstanın bütün cənubuna iddia) gəlirlər”, – nəşr yazıb.
Nəşr ermənilərin özlərini Qafqaz Albaniyasının davamçısı hesab etmələrinin, Qərbi Azərbaycanın şimalına, Gürcüstan torpaqlarına, paytaxt Tiflisə belə iddialarla çıxış etmələrinin Azərbaycanla yanaşı Gürcüstanın da milli təhlükəsizliyinə təhdid olduğunu qeyd edib.