“Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin oğlu Həmzə bin Laden Qərbi atasının qisasını almaqla hədələyib. Həmzə həmçinin Səudiyyə Ərəbistanında monarxiyanı devirməyi, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinəni tutmağı planlaşdırır.
Müstəqil.az xəbər verir ki, “RİA-Novosti” agentliyi onun atasının yerini tutmağa nə dərəcədə bacarıqlı olduğunu araşdırıb.
Üsamə bin Ladenin ən azı iyirmi uşağı var idi. Amma Həmzə “Əl-Qaidə” banisinin üçüncü arvadı – Xayriyyə Sabarın tək oğlu idi. Üsamə bin Laden onun anasının dini fanatizmini yüksək qiymətləndirirdi və gənc müvafiq ruhda tərbiyə edilirdi.
“Əl-Qaidə” tərəfindən yayılan videoda 9 yaşlı Həmzə şərlə əbədi mübarizə haqqında şerləri oxuyur, Əfqanıstanda ABŞ-ın taliblər tərəfindən vurulmuş təyyarənin fonunda poza alırdı. Onu Pakistanın baş naziri Bənazir Bhuttonun qətlində iştirak edən terrorçuların iştirakçıları arasında xatırlayırdılar.
2010-cu illərin əvvəllərində cihadçılarda təşəbbüs “Əl-Qaidə”dən İŞİD-də keçdi və keçmiş terrorçunun oğlu informasiya məkanından itdi. Güman edilirdi ki, o öldürülüb. Ancaq 2015-ci ildə Həmzə bin Laden internetdə videomüraciət yayaraq özünü xatırlatdı. Aydın oldu ki, o, “Əl-Qaidə” iyerarxiyasında əsas yerlərdən birini tutur və təşkilatın qocalan lideri Ayman əl-Zəvahirinin sağ qoludur.
Həmzə bin Laden Səudiyyə Ərəbistanındakı tayfaları monarxiyaya qarşı qiyama, həmçinin onun hərbi rəqibi – Yəməndəki qiyamçı qruplardan birinin tərəfinə keçməyə çağırdı.
“Səudiyyə Ərəbistanında xatırlayırlar ki, o terrorçudur. Və daim vurğulayırlar: o, sadəcə mənşəcə səudiyyəlidir, amma vətəndaşlıqdan məhrum edilib”, – Rusiyanın Dövlət Humanitar Universitetinin professor Qriqoriy Kosaç deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının cəmiyyətində tayfalara bu cür çağırışlar mənasını hələ də saxlayır. Ancaq ekspert ümid edir ki, kiçik səudiyyəliyə qulaq asmayacaqlar.
Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin qeyd edib ki, tayfalar Ər-Riyada qarşı qəzəbli olsalar da, onlar Həmzə bin Ladenlə razılaşıb-razılaşmayacağı sual doğurur.
“Krallığın faktiki başçısı vəliəhd şahzadə Məhəmməd bin Salman ölkəni ağır əllə idarə edir. Yaxın vaxtlarda bi çox Səudiyyə şahzadəni həbs etdi. Sülalənin nümayəndələri qadın xətti üzrə müxtəlif tayfalardan ibarətdir. Dövlətin banisi Əbdul-Əziz ibn Səud ölkənin birliyini möhkəmləndirmək üçün bir çox tayfa ilə nikahlarla birləşirdi. Onun nəvələri və əmioğluları hər kəs öz tayfasına rəğbət göstərirlər. Onların arasında münaqişə dövlətin sabitliyini hədələyir”, – Makarkin hesab edir.
Taxtının varisi Məhəmməd bin Salman əmindir ki, Həmzə bin Laden Tehrandan kömək alır.
“Üsamə bin Ladenin oğlu “Əl-Qaidə”nin yeni başçısıdır. O İranda yaşayırdı və indi bu ölkədən kənarda hərəkət edir. Amma ona onsuz da dəstək göstərirlər”, – krallığın ikinci şəxsi güman edir.
Şahzadənin fikrincə, üsyan və Səudiyyə Ərəbistanında monarxiyanın devrilməsinə çağırışlar yalnız farslar üçün əlverişlidir. Tehranda isə bu ittihamları qəti surətdə inkar edirlər.
ABŞ-da da İranı “Əl-Qaidə” ilə əlaqələrdə ittiham edirlər. Vaşinqton “Əl-Qaidə”nin maliyyələşdirilməsində Tehrandan şübhələnir. Təsadüfi deyil ki, ABŞ-ın dövlət katibi Mayk Pompeonun mayın 21-də İrana qarşı açıqladığı 12 şərtdən biri də “Əl-Qaidə”yə dəstəyin dayandırması ilə bağlı idi. Lakin İranın terror təşkilatına dəstəyi barədə konkret sübutlar yoxdur və Tehran Vaşinqtonun ittihamlarını rədd edir.
Ancaq bu məlumdur ki, Həmzə bin Laden bir müddət həqiqətən İranda ev həbsi altında olub. Açıq mənbələrdə onun niyə ev həbsi altında olduğu və necə azadlıq əldə etdiyi bildirilmir.
Həmzə bin Ladenin böyük Yaxın Şərq siyasətinə qayıdışı İŞİD-in İraq və Suriyada məğlubiyyətə uğraması fonunda baş verir. Məyus olmuş döyüşçülər müsəlman dünyası üzrə dağılıblar və görünür, bir çoxu yeni liderini axtarırlar. Belə şəraitdə “Əl-Qaidə” rəhbərliyin operativ dəyişməsinin hesabına üstünlüyü İŞİD-dən ala bilər. Terror təşkilatlarının tədricən birləşməsi sə istisna edilmir.
Həmzə bin Laden atasının tərəfdarlarını ətrafında toplamağa müvəffəq olacaqmı, bunu isə zaman göstərəcək.