Xalq artisti Ağadadaş Ağayev İki gündür günün əsas xəbərinə çevrilən məsələyə tanınmış şair Şərafəddin ilkin öz Feysbuk səhifəsində rəy bildirib. Həmin yazını olduğu kimi təqdim edirik.
Heç kəs sığortalı deyil
Ümumiyyətlə təkəbbürlü insanları heç sevmədim. Elə bilirəm ki, əksəriyyət də mən fikirdədir. Kiməsə yuxarıdan baxmaq, hansı yollasa əldə etdiyi imkanlarını qabartmaq, ətrafa “mən fərqliyəm” mesajını verənlər üzdə “hörmət”lə qarşılansalar da, nifrətlə yola salınıblar. Bu həmişə belə olub, bələdi və belə də olacaq…
İki gündü gündəmi zəbt edən “Ağadadaşın balta məsələsi”nə nə haqq qazandırmaq, nə də qınamaq fikrindəyəm. Sadəcə, özüm üçün müşahidə etdiyim bəzi məqamlara münasibət bildirmək istəyirəm. Mən Ağadadaşı savadlı ziyalı, istedadlı müğənni kimi tanıyır və sevirəm. Bu gün qatı cinayətkar olsa belə sənətinə olan sevgimə xələl gətirməyəcək. Düzdür, dəyər verdiyim bir sənətkarın düşdüyü durum təəssüf hissi doğursa da, nifrət də oyada bilməz… Etiraf edim ki, bəzi sənəti olmayan “müğənniciklər”də olan təkəbbür, özündənrazılıq Ağadadaşda olmayıb. Həmişə səmimi olub…
“Qudurub”, “tutulmalıdı”, “ona bu da azdı”, “yaxşı əzişdirdi”… Kimi ifadələr işlətmək nə dərəcədə doğrudur? Heç o Ağadadaş deyil, bir ruhi xəstədi, istənilən bir fərddir mühafizəçi eləmi davranmalıdır? İnsanın psixi pozğunluğu an məsələsidir. Hadisənin səbəbini bilmədən ittiham irəli sürmək sadəlövhlükdür. Heç kəs olacaqdan sığortalanmayıb. Kimin başına nə gələcək, onu bir Allah bilir. Baş verən bu hadisə isə hamıya dərs olmalıdır.
Şərafəddin ilkin,
Şair, Azərbaycan Yazıçılar birliyinin üzvü,
Prezident mükafatçısı