
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə 2024-cü qrant müsabiqəsi üzrə maliyyələşən “Regionlarda yaradıcı sənayenin inkişafında yeni yanaşma və çağırışlar” adlı layihə çərçivəsində “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən növbəti fəaliyyət olaraq 3 maarifləndirici video-çarxlar (1. Dulusçuluq | https://youtu.be/G5HRekO9KL4, 2. Misgərlik | https://youtu.be/0VIHvClL5NA 3. Həsir toxuma | https://youtu.be/KLSviGRfRSM) hazırlandı.
Hər biri 3-4 dəqiqə olmaqla milli yaradıcı sənaye – misgərlik, dulusçuluq (keramika), həsir (səbət) toxuma sənətkarlığının inkişafına, təbliğinə və geniş ictimai tantımına yönələn maarifləndirici video-çarxlar eyni zamanda regionlarda bu qədim peşələrə gənclərin marağını artırmaq məqsədi də daşıyır.
Video-çarxlar bu 3 yaradıcı sənaye sahələrini stimullaşdıraraq, onların beynəlxalq miqyasda tanınması üçün yerli sənətkarların fəaliyyətinin dirçəldilməsi və tərəqqisinə yardım göstərməkdir.
Layihə davamlılığı və yaradıcı sənayenin dayanıqlı inkişafı üçün maarifləndirici video çarxların yayımı ilə yanaşı gələcək informasiya və təcrübə mübadiləsi üçün əməkdaşlıq şəbəkəsinin qurulması və bu sahələrin inkişaf perspektivinə dair təklif və tövsiyyə hazırlanması da nəzərdə tutulur.