
Və yaxud
“Mir Şahinin Vaxtı”na bivaxt müdaxilə
Saat 04.23-dür!
Bu sətirləri məhz bayağı bir lağlağı üstündə yazıram: yadınızdadır da, tik-tok təzə çıxan vaxtlarda bir video yayılmışdı, tutuqlanan oğlan deyirdi ki, sən allah, sən də bəsdir də, ikidəqiqədənbir gəlib iki kəlmə söz soxursan, sonra da çıxıb gedirsən!
Eynən Mir Şahin də elə edir!
Halbuki elə etməyə də bilər!
Amma və lakin… elə edir!
Hər dəfə!
Ürəyim ağrıyır!!!
Niyəsi bu ki…
“QIZIMA DEDİKLƏRİM” silsiləsindən:
“Sənə süd verənin, saçını hörüb məktəbə göndərənin, belini bağlayıb ər evinə yola salanın atabaatasının, əbabü-əcdadının, ənkə böyüyüyün əmgəyinin içinə …, ay it balası, adam “sağ ol” deməz, ay qızım?!”
Hər dəfə, hər dəfə, hər dəfə qızıma belə deyirdim: istər rayonda olanda, istər Bakıda oxuyanda, istərsə də Rusiyaya gəlin köçəndən sonra!
Çünki hər dəfə zəng edib bir problemin həllini istəyəndə yüzlərlə, minlərlə kilometr uzaqda olduğumdan dostlarıma, ərkim çatan tanışlarıma (Lənkəranda İdrak Dadaşova, Bakıda Mir Şahin başda olmaqla, saysız-hesabsız dostların hərəsinə bir dəfə, Moskvada Hacı Tahir Hacıyevə, Tosif Babayevə, Teymur Hüseynova, Faiq Baxşıyevə) zəng edirdim, ağız açırdım, mövcud problemin həllini xahiş edirdim!
Anında həll edirdilər – özü də o qədər kübarcasına, o qədər yüksək əxlaq nümunəsi ilə ki!

Problemin necə, nə cür, nə qədər vaxta həll olunmağı barədə… qızım mənə məlumat vermirdi!!! Gözüm qalırdı telefonda – saatlarla! Axırda yığırdım:
– Salam, mənim generalım! Problemin həll olundumu?
– Hə, Ata!
– Haçan, necə?
Təfsilatınacan soruşurdum, sonra başlayırdım:
– Sənə süd verənin, saçını hörüb məktəbə göndərənin, belini bağlayıb ər evinə yola salanın atabaatasının, əbabü-əcdadının, ənkə böyüyüyün əmgəyinin içinə …, ay it balası, adam “sağ ol” deməz, adam xəbər eləməz ki, ay it, ay kutlə, ay ata, dedim problemimi, demisən dostlarına-tanışlarına, anında həll ediblər, sağ ol!? Mənə de ki, mən də bilim, zəng edim, adamlara təşəkkür edim də, ay qızım! Sənin atan icra başçısı deyil, nazir heç deyil, biznesmenlik cəhənnəm, puldan yer-göy qədər uzaqdır, uzaqbaşı, uzaqbaşı, yoluq bir jurnalistdir! Sadəcə, məni ATA olaraq, anlayışla qarşılayırlar, istəmirlər övladımın qarşısında urvatsız, miskin duruma düşüm! Bəs heç olmasa, bu dəyərə bir “sağ ol” demək qabiliyyəti olsun da!
Qızıma “sağ ol” demək mədəniyyətini öyrədən olmadı!
Qızıma “sağ ol” demək mədəniyyətini təlqin etsəm də, heç cür alınmadı: südnən gələn sümüklə çıxar!
Bunun bir adı da binurluq və nankorluqur! Nadanlıq kateqoriyası üzrə!
İndi əzizim, qardaşım, Sözün, Sözünün, Sözümüzün Ağası Mir Şahin Ağa… düşüb “sağ ol, Vətən!”, “sağ ol, cənab Prezident”, “sağ ol, Müzəffər ABK”, “sağ ol, AO, sağ ol, Zabit-Əsgər” demək qabiliyyəti-mədəniyyəti olmayanların üstünə!
Alınmır!
Alınmayacaq!
Mümkün deyil
Çünki… sözünü “Babəkin oğulları”na, “Zərnisənin qızları”na deyir!
Xeyri olmayacaq!
Özünü də yorur, bizi də – gül kimi efir vaxtı qarpıza sərf olunur!
Birdəfəlik bilməlidir ki… “sağ ol, Vətən!”, “sağ ol, cənab Prezident”, “sağ ol, Müzəffər ABK”, “sağ ol, AO, sağ ol, Zabit-Əsgər” missiyasını yerinə yetirməyə, “Babəkin oğulları”na, “Zərnisənin qızları”na bu etirafı etdirməyə yol… onun kursu ilə mümkün deyil!
Onlar deməyəcəklər! Mir Şahin zərbəni doğru yerdən vurmur, hədəfi doğru kontingent deyil!
Mir Şahinin üstünə getdiyi, hədəfə aldığı, zərbə vurmaq istədiyi adamların süd verəni, saçını hörüb dərsə göndərəni, belini bağlayıb ər evinə köçürdəni HEÇ DƏ mənim qızıma süd verən, saçın hörüb dərsə göndərən, belini bağlayıb ər evinə köçürəndən artıq deyillər, əksinə, həmtayı və hələ üstəlik də həmartığıdır!
Onlarda “sağ ol” demək qabiliyyəti-mədəniyyəti süddən olmayıb, yanıq qalıblar, yanıqdırlar!
Onlara cəmi bircə dəfə demək və anlatmaq lazımdır ki, niyə “sağ ol, cənab Prezident” (və b. etirafları) demək lazımdır!
ƏVVƏLA, “onlara” başa salmaq lazımdır ki, Heydər Əliyevin qəbri üstə ocağa-pirə getmək kimi ona görə getmək lazımdır ki, bu xalqı (həmin o “götatan” kontingentlə bir yerdə) Surət Hüseynovuin cəngindən, Rövşən Cavadovun qiyamından, Rəsul Quliyevin hozuluğundan xilas edib!
İstər Surət Hüseynov, istər Rövşən Cavadov, istərsə də Rəsul Quliyev meydanda gərdiş edəndə… bunlar analarını-bacılarını-qızlarını qoyub qaçıb gizlənmişdilər!
Gözləyirdilər ki, Heydər Əliyev də haçan Bəylər Əyyubova deyəcək ki, təyyarə hazırdırsa, “anamı-bacımı-qızımı” – Azərbaycan xalqını, Azərbaycanı qoyum, mən də qaçım!
Heydər Əliyev qaçmadı!
Qorudu “anasını-bacısını-qızını” – Azərbaycan xalqını!
“Sağ ol, Heydər Əliyev” deməkdən keçib, qəbrini ziyarət etmək müstəhəbdir!
“Bunlar”, ya da ki “onlar”, Birinci Qarabağ Savaşında DÖYÜŞLƏ ALINMASI MÜMKÜN OLMAYAN TORPAQLARI qoyub qaçanlardır (konkret özləri olmasalar da, elələrinin törəmələri, dilmanclarıdır, lap dəqiqi) – erməni üçün!
İlham Əliyevə “sağ ol, cənab Prezident”, “sağ ol, Müzəffər ABK” buna görə deyilməlidir: cəmi 44 günə, bir ilyarım sonra üstündən də natamam sutka ərzində antiterror əməliyyatıyla ermənini rusqarışıq və emissar ordusu ilə birgə iti qovan kimi qovdu!
Döyüşlə alınması mümkün olmayan Laçını, Kəlbəcəri, Ağdamı döyüşsüz aldı!
Mir Şahin bunları deyib ardınca İlham Əliyevin “Nida”sını paz kimi çalıb, dibini bərkitməlidir, əlavə edərək:
– Vallah, billah, cəddimə and olsun, ananızı-bacınızı-qızınızı İlham Əliyev zorlamayıb! Heç mənim də xəbərim yoxdur ananızdan-bacınızdan-qızınızdan dağı(dı)lmış dalınızla birgə!
“Onlar” özlərini mənim iki götüpoxlu kərgəlanlım kimi aparırlar!
DEMƏLİ:
Dağdan düşən, sonradan görən bir tumanıdüşük, anasının uşaqlığında-“matka”sında İrandan Azərbaycana, Azərbaycandan Rusiyaya narkotik daşımaqla, polis rəisi, prokuror, DTX üçün işverənlik etməklə “kişi” olub ortaya çıxan biri bu yaxınlarda mənim kərgəlanlılarımdan iki götüpoxlusunu tapıb, haqqımda soruşub!
Nə gəldi ağızlarına, həqiqəti həqiqət, yalanı da üstündə onqat deyən bu kərgəlanlılarımın sözü ilə adam Bakıda məclisdə adım çəkiləndə guya da məni vacib tanıyan biri kimi başlayıb danışmağa!
HALBUKİ… mən orta məktəbi qurtaranacan üç qız istəmişəm – heç biri kərgəlanlı deyil: çünki kəndimin qız-gəlini mənim üçün bacımdır!
Ana tərəfdən 12 uşaqlı bir kişinin nəvəsiyəm: bir böyük qızını kəndə ərə verib, bir də böyük oğlunu kənddən evləndirib babam! Qalan on uşaq Lənkəranın on kəndindən evlənib!
Öz həyatımda da Kiyevdən Vladivostokacan, İrkutskdan Sıktıvkaracan, Moskvadan Tiflisəcən 1305 qadın olub – heç biri də kərgəlanlı deyil!
Lənkəranda da evləndiyim qadından başqa ikinci bir lənkəranlı qadın tərəf-müqabilim olmayıb!
İndi bu dağdan enən, sonradan görən dümbələk Lənkərandan durub gəlib Bakıda dalımca danışır… kərgəlanlının dediyini… Qərbi Azərbaycandan köçüb gələn birinə!
BU FAKTI niyə yazıda yazıram və Mir Şahinin nəzərinə çatdırıram?
ÇÜNKİ: “onlar”, ya da ki Mir Şahinin hədəf aldığı “bunlar” EYNƏN mənim o iki götüpoxlu kərgəlanlım kimidir! Onların sözünü də SÖZ sayan EYNƏN dağdan düşən, sonradan görən işverən lənkəranlı kimidir! YƏNİ, bildiyiniz Avropa Şurası və b.
Mir Şahin eynən mənim haqqımda deyiləni mənə çatdıran adama dediyim kimi deyə bilər:
– O adam bilir mən SSRİ Dövlət Plan Komitəsinin sədri, Stalin dövrünün neft naziri Baybakovu heyrətləndirən jurnalistəm? O adam bilir mən Azərbaycandan ilk jurnalistəm RF XİN-dən xarici jurnalist kimi akkredityasiya almışam? O adam bilir ilk dəfə Rusiyada 100 min tirajla çıxan, pulsuz paylanan, dörd rəngli qəzetin ilk baş redaktoru olmuşam? O adam bilir “Russkoye zoloto”nun rəhbəri Aleksandr Petroviç Tarantsev Vaşinqtonda aeroportda həbs olunanda “Nezavisimaya qazeta”nın redaksiyasında sözarası deyib, əlyazmasını verib, çapına razı olmadığım yazı ilə tanış olanda lənkəranlı Elşad Ramazanova demişdi ki, əgər o yazı çap olunsaydı, o jurnalisti qızıla tutardım?
Bilmir!
Eləcə də “onlar”, ya da ki “bunlar” – fərq ondadır ki, “onlar” bilirlər, sadəcə, özlərini “o iki kərgəlanlı” kimi aparırlar!
“Onlar”ın dilmancı olduqları da elə dağdan düşən, sonradan görən işverənlər də həmçinin!
“Onlar”a və dilmancı olduqlarına sərf eləmir axı möhtərəm və möhtəşəm Aydın Can, bağışlayın, qalib Azərbaycan, Müzəffər ABK, qüdrətli AO, yekdil AX!
ONA GÖRƏ DƏ neyləmək lazımdır Mir Şahinə? Deməyi lazımdır: götüpoxlu götatanlar!
Neyləycəklər? Durub deyəcəklər allah Cəlala Əliyevə rəhmət eləsin?
Mən azı 15 ildir tamaşa edirəm, gözləyirəm ki, sözlə çilingağac oynayan Mir Şahin nəhayət ki deyəcək…
Demir!
Sanki Mir Şahin Messidir, oynayır, mən də tamaşaçı, stadiondan qışqırıram: ala, vur da, ala! “Vur, komandir, vur” bu məqamda getmir!
Vurmur!
Sağa vurur, sola vurur, havaya vurur, hər yerə vurur, qəhbə vaginası kimi açıq qalan yerlərinə vurmur!
Bir dəfə dönəm qadınlarımdan biri məni polisə vermişdi. Polisdə də bunun həm bacısının əri, həm də oynaşı (hə, vallah, həm bacısının əri idi, həm də oynaşı!) puldan-paradan basıb, zəng elətdirib, məni yaxalayıblar 12 gündən sonra 2007-ci ilin yanvarın 12-də. İndi bu dirəşib ki, diz çök! Dalımca gələn adam da Vedibasarın Şirazlı kəndindən cantaraq, köklü-köməcli bir oğlandır: demişəm ki gəl məni qurtar. Hətta “kefi çəksin Müzəffər, cəriməni versin Qəzənfər” anekdotunu da danışmışam.
Əlqərəz, razılaşdıq ki, mən diz çöküm, bu oynaş-yeznə də mənə ağzına gələni desin!
Allahtərəfi, ana-bacı-qız söyüşü söymədi, amma day ağız-üz qoymadı. Seans bitəndən sonra durdum ayağa, dizlərimi çırpdım, qısaca iki kəlmə dedim:
– Sən söyməyinə söydün, amma mən sən deyənləri eləmişəm sənə!
Yoox, narahat olmayın, işlər pozulmadı, hamı gülüşdü, dağılışdı!
İndi Mir Şahin qardaşım da, nəhayət, bu Cəlal Əliyev arqumentini sıfırlamalıdır da:
– Cəlal Əliyev məni söyüb, düzdür, amma sizi nəsillikcə s…ib! Hər kənddə hər şəhərdə onun meyvələri olduğunu əxlaqınızla təsdiq edirsiniz!
Rəsmən Cəlal Əliyevin övladı olmayıb, övladlığa bir qız götürüb, ancaq Mir Şahinin hər verilişindən sonra bir xeyli adam təsdiqləyir ki, anaları döllərini Cəlal Əliyevdən götürüb!
ÜSTƏLİK DƏ:
Mənim bir müəllimim var, Rahim Nuriyev. Onun 50 yaşı olanda (“Aydın Can. Özüdür ki var!” kitabından oxuya bilərsiniz) yazı yazmışdım. 25 il qabaq. Çox kəskin sorğu-sualdan sonra niyə mənə və özünə məlum faktı etiraf etmədiyini soruşanda belə cavab verdi: “Elə ayıbdır elə faktları ictimailəşdirmək!”
Nəinki elDən ayıbdır, Elə ayıbdır, a kişi!
İndi Cəlal Əliyevin elədiyi-dediyi ELƏ ayıb olan bir şeydir! Heydər Əliyev (təqdimata ehtiyac yoxdur zənnindəyəm, bilirsiniz də kimdir, adını çəkənin ömrünü çəkirdi çarmıxa!) özü etiraf elədi ki, Rauf Arifoğluna, o, ağsaqqaldır, istəsə, məni də söyə bilər!
İndi Cəlal Əliyev rəhmətə gedib, ömrünün son illərini elədiklərinin cəzasını çəkərək ev dustaqlığında keçirtdi, nə düşmüsünüz kişilikdən kənar priyomlarla üstünüzə… DOSTCASINA, VƏTƏN SEVDALISI olaraq gələn birinin canına?
Adam sizdən nə istəyir, sizi nəyə dəvət edir?
Deyir ki, mən İlham Əliyevə “sağ ol” deyirəm! Siz də deyin! Ona görə deyin ki, biz ərazi bütövlüyü təmin olunmuş, Milli Məclisi tam heyətdə olan, ordusu qalib, ABK-sı Müzəffər olan ölkəyik! Şuşa ucalığında, Laçın əzəmətində, Kəlbəcər qüdrətində, Ağdam gözəlliyində, Füzuli-Cəbrayıl-Zəngilan kəsilməzliyində, Xocavənd-Şuşa ehtişamında, Zəngəzur dəhlizi ecazında, BTC möhtəşəmliyində, Davos kəhkəşanındayıq!
Demirsiniz demirsiniz, cəhənnəmə, heç olmasa özünüzü götüpoxlu “iki kərgəlanlı” kimi aparmayın, dağdan düşən, sonradan görən o götatan kimi dilmanc olmayın!
Onu eləmirsiniz, bunu edirsiniz amma!
İntriqa publissitkasının banisi və dahisi möhtərəm və möhtəşəm Aydın Can olaraq, Mir Şahinə deyəcəyim budur ki, əzizim Miri, nə qədər ki, efirdən deməyəksən kim hansı eks-nazirin, hansı klanın əliylə gedib çıxıb oralara, “onlar” susmayacaqlar!
Azərbaycandan fərqli olaraq, Avropada və Amerikada agentura şəbəkəsi ifşa olunanda silirlər onları! O tendensiya bizdədir, sübut da edirsən, deyir yox e, bağırsağımdır uzanıb!
“Onlar”a xarici kəşfiyyat agenti damğası yapışmaz – ta ki deməsən kimi hansı eks-nazir, hansı məmur, hansı klan körükləyir!
Lənkəranlı teatr rəssamı Məmmədyarın rejissor Baba Rzayevə dediyidir: eramızdan əvvəl küçə tamaşalarında oynayan qəhbələri adbaad bilirsən, elmlər namizədi adı alırsan, burdan bura bilmirsən “soobrazim” nədir?
“Soobrazit” elə ki…
ƏGƏR bir azərbaycanlı, bir müxalif, bir müstəqil jurnalist kəskin mövqe tutursa, sərt tənqid edirsə, məsələ çözülməyə başlayanda, əlinin dalını qoyur yerə! Çünki adam adam kimi yaşamaq, problemsiz ömür sürmək istəyir! Yox, əgər, profilaktik tədbirlərdən sonra da əl çəkmirsə… bil ki, mütləq bir öyrədəni var, xalq mahnısında deyildiyi kimi!
Sənin enerji, ağıl, zəka, vaxt, söz sərf etdiyin o adamlar… öyrədilən adamlardır!
O öyrədənlər Azərbaycanda oturub!
O öyrədənlər Sənin də üstünə it tapmasalar da, küçükləri var, hürdürürlər – adlarını da bilirsən, kim kimin küçüyüdür, hansı küçüyün it dədəsi hansı məmurun xayalarını dəsmallayır!
Mən xaricdən irad bildirənlərin heç birinə reaksiya vermirəm – dağdan düşənin, sonradan görənin işverənlik halı mənə “sağ ol” deməyi öyrədə bilmədiyim qızımı xatırladır: “Sənə süd verənin, saçını hörüb məktəbə göndərənin, belini bağlayıb ər evinə yola salanın atabaatasının, əbabü-əcdadının, ənkə böyüyüyün əmgəyinin içinə …, ay it balası…”
Əzizim Miri, taktika və strategiyanı dəyişmək lazımdır: sən ürəkdə və pıçıltı ilə deyilməli olanı ictimailəşdirib efirdən deyirsən!
Bu, elƏ ayıbdır!
Sən, sadəcə, Jalə Mütəllimova kimi, qısaca deyə bilərsən: “Sevinc, sənin dədəni ermənilər öldürüb!”
Sən, sadəcə…
Əzizim Mir Şahin, Sözün, Sözünün, Sözümüzün Ağası Mir Şahin Ağa, müəllimimiz olmuş Akif Rüstəmovun bir sözünü deyim, yazıya ayaq verim:
1985-ci ildə, birinci kursda “xarİci ölkələr jurnalistikası”ndan dərs deyən Akif müəllim məni çıxartdı ki, danış. Oxumamışdım, hazır deyildim, istədim “küləkləyim”, Akif müəllim tutdu məqamı, qayıtdı ki, Aydın, bu kapitalistlər bu mətbuatla neyləyirlər, konkret de. Ağzına gələni danışıb söymə, mız-mız eləmə!”
O-bu, konkret, doğru yerdən, arqumental söyürəm.
Sən də konkretləşdir, əzizim – hansı faktlarla, onu da yazdım!
Vaqif Musayevi tanıyırdın da yəqin. Maqnatlardan biri idi. Etibar Məmmədovun partiyasına müavin gətirilmişdi – elə bu təyinata görə də şayiələr yayıldı ki, 1 milyon ABŞ dolları seçkidə pul ayırıb Etibar Məmmədova. Amma mətbuatda haqqında ən murdar yazıları elə Etibar Səlidaroğlunun yerliləri yazırdı. Hətta çəkinmədən onu “Cənub mafiyası”nı maliyyələşdirməkdə ittihamlar da səslənirdi, separatçılıqda ayrıca yer ayırırdılar. Axırda dözmədim yazdım: A kişilər, bu necə olur e, pulu Etibar Məmmədova verir, Etibar Məmmədovun müavinidir, amma “Cənub mafiyası”na başçılıq edir?
Bilirsən, nə demişdi mənə bir dəfə: “Məclislərə gedəndə mənim şəklim olan qəzetlərlə ayaqqabılarını silib atırlar qabağıma!”
Amma ardınca ayrı bir fakt da dedi. Mən bilirdim ki, o, öz çılğınlığının, vəzifədə olanda sui-istifadə etməsinin cəzasını çəkir, çəkəcək də, baxmayaraq ki, dəfələrlə sığındığı ünvanlara görə cəzadan yayına bilmişdi! Fəqət sonda elədiyinin cavabını türmədə aldı!
Bu ölkədə bu iqtidara və iqtidardakılara qarşı yanlış edənlər kimə istəyirlər sığınsınlar, hara istəyirlər qaçsınlar, harda yer tapırlar, sığınacaq alırlar alsınlar, sonda cəzalarını alacaqlar! Özü də məhz türmədə!
Bu faktı yazmaqda məqsədim isə təkcə budur: hər dəfə hər verilişdən sonra sənin söz soxmaqların qəzetdəki şəklinlə ayaqqabı silinməsini göz önümə gətirir!
Bu, məni incidir!
Bu, məni ağrıdır!
Sən cavab verə biləcəyin halda, verilməli cavabı vermirsən!
Sən axı səhv etməmisən!
Sən axı əvvəldən bu yolda – Dövlətin yanında olmusan!
Sən Dövlətin yanındasan və “onlar”a baş qoşanda dönüb olursan sıravi opponent!
Azərbaycanda dünya miqyaslı, intellektuallığına və istedadına, peşəkarlığına və zəkasına görə TƏK İMZA Sənsən – istər onlayn, istər print mətbuat olsun!
“Söyüş efiri” lider.tv idi – bağlandı!
“Döyüş efiri” ans idi – bağlandı!
Qoy “onlar”ı, ya da ki sənin təbirincə desək, “bunlar”ı… Elbrus Ərud, Vüsalə Mahirqızı, Rauf Arifoğlu, Aynur Camal, Eynulla Fətullayev, Kəramət Böyükçöl, bəd ayaqda ver vaxtını Mahir Məmmədliyə, o söysün, söydürsün!
Sənin DÖVLƏTin YANINDA olmağın səni mükəlləf etmir… ölülərlə, “dilmanc”larla uğraşmağa! “Uğraş”maq “onlar”ın işidir, Sənin işin təbliğatdır, təşviqatdır, təşkilatçılıqdır.
Bu ölkədə TƏK İMZAsan ki, dünya dövlətlərinin başçıları, hökümət rəhbərləri, nazirləri, siyasətçiləri, deputatları, şairləri-yazıçıları, görkəmli partiya və dövlət, ictimai-siyasi xadimləri ilə müsahibələr, verilişlər, portretlər hazırlamağa, təhlillər aparmağa!
Bir gün Musa peyğəmbər Allahdan soruşur ki, mənim qövmüm üçün məğlubedilməz sərkərdə yaratmısanmı? Tanrı deyir ki (tutaq ki də), Zərgərpalan küçəsini tanıyırsan, Musa deyir, hə, o küçənin başında pinəçi var, onu görmüsən, Musa deyir, hə, Tanrı deyir ki, mən onu məğlubedilməz sərkərdə yaratmışam, o da gedib pinəçilik edir!
Sənin İlahidən təyinatın var, əzizim Miri!
Sən dərzi və pinəçi obrazı üçün yaramırsan: ölkədə “onlar”ı söymək üçün o qədər adam var ki!
Onların KİMliklərini təqdim etmək və tanıtmaq Sənin işin deyil: ölkənin Baş prokurorluğu var, özü də elə qəşəng işləyir! Lənkəranda bir prokuror müavini var, Zöhrab Verdiyev, mənə elə qəşəng başa saldı prokuroluğun iş sistemini, gəl görəsən: “cinayət işi “müraciət əsasında” açılıb!”
Vəssalam!
Baş prokurorluq cinayət işi açıb “müraciət əsasında”, göndəriş də göndərib, xəbərdarlıq da edib, CPM-ə uyğun olaraq, tutub da gətirəcəklər!
Məhkəmə protokollarını oxutdursan, daha yaxşı olar! Sən yaxşı prokuror deyilsən, bacarıqlı müstəntiq də heç deyilsən!
Sən çox nəhəng jurnalistsən!
Və mən… sənin haqqında yazılan hədyanlardan daha çox ona üzülürəm ki, bu xalqın nümayəndələri onun Müzəffər ABK-sını öyəni söyürlər!
Bu, elƏ ayıbdır, elə ayıbdır!!!
Cənab Prezident, Müzəffər ABK elə vəsf, mədh, tərif olunmalıdır ki, bir qul oğlu qul mıqq eləməsin!
İndiki halda ya Prezident-Dövlət doğru vəsf olunmur, ya da Prezident-Dövləti doğru vəsf eləmirlər – halbuki, belə deyil!
Onda ya Prezident-Dövləti vəsf dayandırılmalı, ya da… səbəb tapılmalıdır!
Səbəbi dedim: “sağ ol” seriyasından mədəniyyət-qabiliyyət kasıblığı-kasadlığı var!
Deməli, xalqı tərbiyələndirmək lazımdır!
Necə?
Xalq yazıçısı Anarın bütün əsərlərini oxumuşam – öz yerində! Amma onun bir müsahibəsindən aldığım zövq ziqiymətdir! Hörmətli yazıçımıza sual vermişdilər ki, Rəsul Rza, Nigar Rəfibəyli sizi necə tərbiyə edirdilər, cavab vermişdi ki, onlar bizə demirdilər nəyi necə edin, onlar bizə nümayiş etdirirdilər!
Bəli!
Vətəni, Dövləti, Xalqı sevməyin içində “mən sevirəm, sən də sev” punktu yoxdur, sən sev, nümayiş etdir, qoy baxıb sevsinlər!
Sən Mir Şahin Mir Dilavər oğlu Ağayev bunu hər zaman nümayiş etdirmisən, amma indi tələb edirsən, ittiham edirsən və… görməli olduğun işlər başlı-başına qalır, fəth etməli olduğun zirvələr sənin üçün qəribsəyir, kefi çəkən “Müzəffər”lər ordusunda yox, cərimə verən “Qəzənfər”lər kateqoriyasına yuvarlanırsan!
Halbuki Sənə öz Ucalığında QƏNİRSİZ qalmağa (yenə də zirvədəsən e, amma toxunulmazlıq sehrinə dil uzatmaq cəsarəti vermisən kimsənələrə) cəmi üçcə cümlə bəs idi:
1. “Sağ ol” deyə bilməyənlərə qızıma dediyimi deyirdin!
2. Cəlal Əliyevə rəhmət oxuyanlara məşuqəmin oynaş-yeznəsinə dediyimi deyirdin.
3. Söyəndə konkret olaraq, yiyəsini söyürdün! Hər hürən itə daş atmağa qalsa, mənzil başına çatmazsan – Çörçill deyirdi.
Vaxtilə bir yerdə işlədiyin Rüstəm Behrudi mənimlə söhbətdə çox gözəl bir etiraf elədi: “Aydın, mənim də, lap elə Məmməd Arazın da, Səməd Vurğunun da vaxtında bizdən də istedadlı şairlər olub, amma şairlik taleyi bizim bəxtimizə düşdü!”
Əzizim Miri, Sənin bəxtinə Jurnalistlik Taleyi düşüb!
Mən əminəm ki, efir taktikası və strategiyası hazırlayanlar dəyişsə də, konsepsiya və tendensiya dəyişməyib. Özün də gözəl bilirsən ki, bu konsepsiyalar üstündə yürüdülən tendensiyalar fiasko ilə nəticələnib və nəticə yenə də sıfır olacaq!
Meydanda Sənsən və nə qədər Ucada olsan, mən və mənim kimi yüzlərlə istedadlı, savadlı jurnalist Sənin uğurunu öz uğuru biləcək!
Biz meydanda deyilik, vaxtımız paymal olur, Sən meydanda ola-ola paymal eləmə!
Qoy heç bir qohum-əqrəban, toxum-tayfan işləməyən Baş prokurorluq, DİN öz işini görsün, Sən öz işini gör:
Söz Səninlə gözəldir, sevimlidir!
Efir səninlə yaraşıqlıdır, cazibədardır!
Bədii və İctimai Publisistika Səninlə şahanədir!
Sənətdə Səninlə oynamaq və Sənə uduzmaq Şərəflidir!
Amma və lakin… intriqa və polemika Sənin üçün xərçəng kimidir – metastazı ağır olacaq!
Sən “Dövlət” deyə düşünərsən, amma canından artıq sevdiyin, ömrünü qurban verməyə hazır olduğun Dövlət… uduzacaq bu fədakalığından: Səni kayb etməklə!
ÇÜNKİ bu ölkə nə Heydər Əliyevə, nə də İlham Əliyevə “sağ ol” deyə bilmək qabiliyyətində deyil!
Şah İsmayıldan ta Məmməd Əminin haqqınacan hələ verməyib… yekdilliklə!
Xalqda yekdil olmayan “sağ ol” (eləcə də imtina, polemika, seçki, demokratiya, ağzının danışığını bilmə, yemək-süfrə, birgəyaşayış qaydaları, hətta tualet və s) mədəniyyəti məhvə məhkumdur!
SÖZARDI: Əzizim Mir Şahin, bax, belə düyünlü-labirintli “sağ ol” mədəniyyəti girdabındayıq. Bəri başdan deyirəm, mənə “sağ ol” demə – marıqda duran o qədər çoxdur ki, əleyhinə işlətsin!
Çalış, Sənə yekdilliklə “sağ ol, Mir Şahin” etirafına nail ol – heç kimi heç hara və heç nəyə dəvət etmədən…
Mənim ürəyim ağrıyır – bu ölkədə ən çox “sağ ol” eşitməyi haqq edən adam… haqqından keçir!
Bu, DÖVLƏTin əzizliyindən də çox, hansısa bənddə zəifliyinin əlamətidir: Dövlət Qarabağ Zəfərindən sonra öz xalqına qalib gəlmək zorunda ki… ona “sağ ol” demək mədəniyyəti öyrətsin!
Это уж слишком больно!
p.s. İmkan olsaydı, səlahiyyətli yoldaşlardan Mir Şahinə müxalif siyasilərlə bağlı mövzularda danışmağı qadağan etdirərdim. Ölkədə 125 deputat, 750 min YAP-çı, kifayət qədər politoloq, ekspert, siyasi icmalçı var, QHT sədrləri, sayt, qəzet redaktorları var, qoy onlar uğraşsınlar “onlar”la!
Düralüminium yalnız təyyarə örtüyü kimi sənayedə önəmlidir, həyatda heç kimə lazım deyil!
Mir Şahin düraliminum kimi ziqiymətdir – bu DÖVLƏTin “təyyarə örtüyü” kimi siyasətin səmalarında dəyəri alınmalıykən, “siyasi zibil”lərin “sivil, demokratik” üfunət qoxuyan “ictimai tualet kontin(g)enti”nə enməməlidir!
Dövlətə, Mir Şahinə sevgiylə… “sağ ol, Vətən” mədəniyyətinə çağırıram!
p.p.s. 30 dəqiqəlik “Mir Şahinin vaxtı” 3000 Sözümü, 3 saat vaxtımı aldı!