Daha bir VHP-çinin namizədliyi qeydə alındı

Daha bir VHP-çinin namizədliyi qeydə alındı

Vətəndaş Həmrəyliyi Partiyasının 33 saylı Xətai birinci seçki dairəsi üzrə namizədi, VHP Qadın Qolunun rəhbəri Aysel Səfərlinin namizədliyi DSK tərəfindənqeydə alınıb.

Yenixeber.org: Aysel xanımın namizədliyi namizədliyi partiyanın Siyasi Şurası tərəfindən 11 iyul tarixində irəli sürülüb və namizədliyinin müdafiəsi üçün 500 imza toplanaraq DSK-ya təqdim edilib.

Aysel Xanlar qızı Səfərli 1982-ci ildə anadan olub. Lənkəran Dövlət Universitetinin məzunudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür. 4 kitab və müxtəlif məqalə, oçerklərin müəllifidir. Həmçinin Təbriz, Almaniya və Türkiyədə də kitabları nəşr edilib.

2021-ci ildən Vətəndaş Həmrəylik Partiyasının Qadın qolunun rəhbəridir.

Share: