Qəhrəmanımızı tanıyaq… – Südabə Sərvi yazır

Qəhrəmanımızı tanıyaq… – Südabə Sərvi yazır

 

Elə qəhrəmanlıqlar var ki, onlar ölçüyə gəlməzdir. Onun qiyməti yoxdur.  Qəhrəmanımızı sizə təqdim etməmişdən öncə istərdim çox yaxın tarixə qısa bir ekskurs edək.

1990-cı il 19-dan 20-nə keçən gecə-20 Yanvar günü tariximizə qanlı səhifələrlə yazıldı. İnsanların inandığı sovet ordusu tanklarla, silahlanmış maskalı xüsusi təyinatlılarla  Azərbaycanın paytaxtı Bakıya girdi. Həmin gecə təkcə inanaraqtankların qabağına çıxan insanları deyil, yolla gedənləri də, yaralılara kömək edən həkimlləri də güllələyirdilər. Nə qədər insan bu acı faciənin qurbanı oldu.

Bu azmış kimi 46 günahsız insanı gecəykən evindən çıxarıb qatara doldurdular. Qatar üzü Rusiyaya tərəf yol aldı. Hadisə şahidləri bu qatarı ölüm qatarı adlandırırdılar. Qışın şaxtası, buz kimi soyuq, dar, qarnlıq kupedə nəzarətçillərin acı sözləri və kinli baxışları altında gedirdi qatar. Onları nə gözləyirdi? Özləri də bilmirdilər. Sanki repressiaya illəri idi.

46 insanı Rusiyanın həbsxanalarından qurtaran bir İnsanı Allah yetirdi. Məhbusları saxlanılan kameraya qaraşın bir polis kapitanı daxil olanda bizimkilər onu erməni zənn edərək işlərinin bitdiyini düşünüblər. Lakin o gözəl insan doğma ana dilimzidə deyəndə ki, darıxmayın, mən sizi burdan xilas edəcəm, sanki bütün dünyanı onlara bağışlayıblar.

O cavan adam Rusiyada polis orqanlarında çalışan əslən Göyçaydan oaln Varis Məcidov idi. Həmin 46 nəfəri həbs olunmaqdan  xilas edərək Azərbaycan göndərən İgiddir VarisMəcidov. Öz qəhrəmanlığıyla bir tarix yazdı. Ulyanovskda göyçaylı yeddi qardaşlar öz xeyirxahlıqları ilə ad çıxarmışdılar. Varis Məcidov onların başında gedirdi.

Varis Məcidov Həyatını riskə ataraq azərbaycanlıları həbsdən qurtardı və öz vəsaitləri hesabına onları təyyarə ilə Bakıya göndərdi. Baxmayaraq siyasi dustaq  damğası vurulmuşdu onlara. Onların içərisində kinorejissor Vasif Babayev də vardı və mən illər sonra Ans-də El jurnalında şef0redaktor oalrkən Vasif müəllimlə görüşüb müsahibə almışdım.

Varis Məcidov bundan sonra Rusiyada qal bilməzdi və azərbaycana döndü. Daxili İşlər nazirliyində çalışdı, polkovnik rütbəsinə qədər ucaldı.

Uca Allah mənə qəhrəmanımız  Varis Məcidovla da görüşməyi nəsib etdi. O vaxt mətbuatda çalışırdım. İndiyə qədər o gözəl insanın nurlu çöhrəsini unuda bilmirəm…

Çox təəssüf ki, Varis Məcidov cəmi 51 yaşında avtıqəzada dünyasını dəyişdi. O xəbəri eşidəndə çox məyus oldum.

Bəli. Belə bir qəhrəmanı unutmaq mümkündürmü? Varis Məcidovun 70 yaşı tamam olduğu bir ərəfədə ziyalılar və o hadisənin şahidləri bir araya gəldilər.

İyul ayının 22-də Atatürk mərkəzində Göyçay rayon Məzunlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə xalqımızın qəhrəman oğlu mərhum polis polkovniki Varis Məcidovun 70 illik yubileyikeçirildi.

Məzunlar Birliyinin həmsədri Bariqəm Şirəliyev tədbiri açıq elan etdi və tədbiri idarə etmək üçün estafeti H.Əliyev adına Müasir Təhsil komleksinin müəllimi əməkdar müəllim Adilə Xəlilovaya ötürdü.

Canlı şahidlər çıxış etdikcə yenidən o dəhşətli günlərə dönürdük. Rusiyada başda polis zabiti Varis Məcidov olmaqla yeddi qardaş Məcidovların gördükləri işlər doğrudan qürurvericidir. Varis Məcidov öz həyatını təhlükəyə ataraq nə qədər həyatı xilas etdi, nə qədər ailəyə sevinc gətirdi.

20 Yanvar məhbuslarından “Alatau” gəmisnin kapitanı  Hidayət Atakişiyev, Zeynalabdin Məmmədov, Lənkərandan   Əliqismət Baxşıyev o günləri xatırladıqca həm özləri, həm də salondakılar kövrəlirdi.

O gecə dənizdə dənizçilərimizin qəhrəmanlığlı yəqin ki, çoxlarının yadındadıır. Dayanmadan SOS işarəsi verərək dünyanı təcrid olunmuş Bakıya köməyə çağırırdı dənizçilər.

Onların içində yazıçı jurnalist Faiq Balabəyli də vardı. Və məhz sonradan Faiq müəllim qəhrəman dənizçilərimizin o gecəki qəhrəmanlığından bəhs edən “Kəsilməyən həyəcan fiti” və “Bakı buxtası-20 Yanvar” kitablarını yazacaqdı. Bu barədə müəllif özü geniş məlumat verdi.

“Sərhəd” qəzetinin redaktoru , Xəzər universitetinin müəllimiQardaşxan Əzizxanlnın, Bakı şəhəri 238-saylı məktəbin direktoru Xuraman Osmanovanın, BDU-nun Mehman BDU-nun Azərbaycan tarixi kafedrasının Azərbaycan tarixi kafedrasının müdiri müdiri tarix üzrə fəlsəfə doktoru Mehman Abdullayevin, şair-yazıçı şəhid bacıs Gülmaya Feyruzqızının, yazıçı Südabə Sərvinin də çıxışları maraqla qarşılandı.

Sonra söz Məcidovlar ailəsinə verildi. Varis Məcidovun qardaşı Elçin Məcidov,  oğlu Samir Məcidov çıxış edərək Göyçay Məzunlar birliyinin həmsədrləri Vahid Orucova, Bariqəm Şirəliyevə, bütün çıxışçılara təşəkkürlərini bildirdilər.

Varis Məcidovun “Milli qəhrəman” adıyla təltif olunması təkfiylə Azərbaycan respublikasının Prezidentinə Müraciət göndərilməsi haqqında qərar qəbul edildi.

Yazı hazırlanarkən xoş bir xəbər eşitdik. Artıq Varis Məcidovla bağlı sənədli film çəkilməyə başlanıb. Və Göyçay Məzunlar Birliyinin Göyçay Rayon İcra aparatının başçısı Natiq Ağayevə müraciəti əsasında Göyçayda Varis Məcidovun adına küçə verilib. Çox xoşdur.

O gün olsun ki, qəhərəmanımız hak etdiyi Milli qəhrəman adına da layiq görülsün!

SÜDABƏ SƏRVİ

Share: