“Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsinin icrası uğurla yekunlaşdırılıb

 “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsinin icrası uğurla yekunlaşdırılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sahibkarların ixrac fəaliyyətinin təşviqi” layihəsi 31.07.2024-cü il tarixində yekunlaşdırılmışdır.

Layihənin icraçısı, Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi olaraq  monitorinqinin nəticələrini maraqlı tərəflərlə paylaşmağı məqsədəuyğun hesab edirik.

Layihənin icrasını uğurlu edən əsas fəaliyyətlər dövlət təşkilatları ilə (Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı  Agentliyinin Quba-Xaçmaz Regional Koordinatorluğu, Qusar, Quba rayon KOB dostu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Quba-Xaçmaz Regional Bölməsi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.azexport.az portalı) qarşılıqlı əməkdaşlıq mühiti olmuşdur.

Layihəyə cəlb olunan 60 mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ixrac fəaliyyəti qaydaları haqqında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisləri tərəfindən geniş məlumat verilmişdir.

Aparılan müşahidələr göstərdi ki,  Xaçmaz, Qusar və Quba rayonlarında aşağıda göstərilən problemlərin həlli aktuallığını qoruyur və dövlət təşkilatları kompleks formada fəaliyyəti zəruridir:

1.Kiçik məhsul istehsal edən kənd təsərrüfatı müəssisələrinin kooperativləşməsi proseslərinin sürətləndirməsi;

2.Xarici bazar araşdırmalarının (Avropa, Cənubi Asiya, Ərəbistan yaramadası) genişləndirilməsi, bazara giriş qaydaları, logistika və sairə məlumatlar haqqında istehsalçıların maarifləndirilməsi;

3.İdxal olunan kənd təsərrüfatlı təyinatlı dərmanların Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılması və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə qarşılıqlı fəaliyyət və s.

Digər müşahidə edilən subyektiv problemlər isə aşağıdakılardan ibarət olduğunu qeyd edə bilərik:

  1. Kiçik həcmli kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarların kooperativləşmədə maraqlı olmamaları
  2. İstehsal edilən məhsulların dövlət tərəfindən alınması və ixracının təşkil edilməsi;
  3. İxrac üçün istehsal etdikləri məhsulların xarici bazar tələblərinə uyğun formada yetişdirilməsi üçün dövlət orqanlarından aidiyyəti məlumatların əldə edilməməsi;
  4. Aidiyyəti sahələr üzrə məhsul istehsalçılarının ictimai birliklərinin yaradılması və s.

 

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi olaraq Azərbaycan Respublikasında qeyri-neft sektorunun dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin edilməsi üçün sahibkarların ixrac fəaliyyətlərinin təşviqi layihələrinin davamlı olaraq həyata keçirilməsini məqsədəuyğun hesab edirk.

Share: