Sevil Azadqızı Rasif İMANOĞLUnun şeiri haqda

Sevil Azadqızı Rasif İMANOĞLUnun şeiri haqda

Rasif İMANOĞLU

QOYUB DAMAĞINA

Tutub ağrıların gözlərini qan,
Atılır üstümə quduz it kimi.
Qoyub damağına dərd məni çoxdan,
Çəkib qurtaracaq siqaret kimi.

Doğulan günümdən taleyim düyün,
Mən dözdüm, qəm dedi: “Bu, harasıdır?”
İndi bir dəriyəm, onu da yəqin
Çəkib boğazımdan çıxarasıdır.

 

Şeir  haqda Sevil AZADQIZI nın təhlili

Kiçik şeirdə böyük ağrı…İlk misradan başlayaraq inversiya, frazem, təşbeh, litota, metafor, bədii sual, təkrir…Bunlarmı bu qədər təsirli edən ? Məncə, bunlar şeirin bədii şərtidir. Amma o güclü təsiri yaradan yanğıdır, fəryaddır, dərddir, qəmdir, nalədir! İki bənd şeirdə bəxtsiz taleyin ahı -amanı elə bir üsyanla ifadə olunub ki, doğulan günündən düyün düşən taleyin amansız dərd yükünün bükdüyü belin gücü çatmaz qəm yükünə. Elə bu harasıdır?–deyən qəmə bir üsyandır bu misralar! Nə deyim?! Nə deyim, Şair?! Bu dünya kiminə yaz, kiminə qışdır! Nə deyim?!
Qışınız yaz olsun! Yazınız güllər açsın! Amin.

 

Share: