Düzü yadımda deyil Faiq bəyi ilk olaraq yazar kimi tanımışam ya dənizci həmkar kimi. Cünki adam o qədər hərəkətli, qaynardır ki, elə birdə gördum Faig Balabəyli adında pozitiv, sadə, vətənpərvərr bir insanla dost olmusam , şeirlərini oxuyuram, dənizçilik, dənizçilərin problemləri haqqında paylasımlarını oxuyuram. Sonralar “DSD” İctimai Birliyi yaratmaği isə çox böyük bir nailiyyət oldu.
Mən həmişə təəccüb etmişəm bu adam necə çatdırır bütün bu işlərin hamısını birlikdə yürütməyi. Özünün az olmayan məişət, ailə qayğıları ilə birlikdə.
Hələ müstəqilliyimiz uğrunda gedən mübarizələrin həmişə ön sıralarında olub Faiq bəy. Qələm adamı kimi, dənizçi-kapitan kimi, vətəndaş kimi. Həbs olunması, təqiblərə məruz qalmağı qorxutmadı onu. Məhbus həyatında da bos oturmadı, “Burda darıxmaq olmaz”, “Bayıldan bayira” kitabları, sonralar dənizçilərimizin milli müstəqillik mübarizəsində etdiyi şücaətlərdən bəhs edən kitablar ərsəyə gətirdi. “Bayıldan bayıra”, “Kəsilməyən həyacan fiti”, “Bakı buxtası 20 yanvar”, “Onlar qəhrəmandır və sair əsərləri mənim masaüstü kitablarımdandır.
Bir az da dənizci – Kapitan Faiq Balabəyli haqıında danışmaq istəyirəm .
Faiqin belə bir şeiri var:
Yamyasıldı duzlu suyun köynəyi,
Qayaların uzu cızıq-cızıqdı
Gəmiləri üzüb gedib, göynəyir
Bu dənizin lımanları, yazıqdı.
Müsahibələrinin birində belə demişdi: “Limanlar həsrətin nə olduğunu yaxşı bilir… Gəmilərin yazıq olduğu anları çox görmüşəm, çox yaşamışam o hissləri”
Bu hissləri yaşamaq, belə misralara çevirmək hər dənizçinin¸lap elə hər şairin də işi deyil. Bunun üçün təpədən dırnağa şair olmaq, Faiq kimi hiss olunanları “görmək” bacarığı olmalıdır.
Faiqin gücü iki ən böyük, ən romantik dəniz ve şeiriyyat hisslərini bir ürəkdə yerləşdirçək bacarığındadır.Dəniz haqqında gözəl şeirlər yazan şairlərimiz az deyil.
Amma belə şeirləri həmin dənizdə yaşaya-yaşaya yazan dənizçi Faiq bəyin şeirləri kimi canlı ola bilməz. Çünki, dəniz, mavi sular rəsmi yaradan rəssam boyalardan istifadə edir, Faiq Balabəyli isə həmin əsəsri dəniz suyu ilə yazır. Yaşayaraq yazır, görərək, duyaraq yazır. Ona görə rəng də, dənizin ənginlikləri də, dalğaların əzəmət və ecazkarlığı da orjinaldır:
Yelkələr gəminin bəyaz duvağı
Nə bilim, yazdığım yuxudu, bəlkə.
Gecələr yuxuma girən qağayı
ölən dənizçinin ruhudu bəlkə.
Və yaxud,
…Yelkəni küləklə dolan ağ gəmi,
Başının üstündə bir əlçim bulud
Açar qanadını göyərçin bulud
Gəyərtə ovcunda bir içim bulud
Dönər ağ yağışa isladar səni.
Əminəm ki, Kapitan şair bu misraları yaşya-yaşaya yazıb, elə gəminin göyərtəsindəcə.
Faiq kapitanı bütün dənizçilər sevir, desəm ifrata varmaram. Hər halda mən belə gördüm, onun haqqında özü oldu, olmadı ancaq xoş sözlər eşidirəm. Bu da yenə onun sadəliyinin, təvəzökarlığının və insanpərvərliyinin nəticəsidir, mence. Gənc dənizcilərə hamilik etmək, “DSD” İctimai Birliyinin sədri kimi dənizçilərin qaygılarını, problemlərini həmişə rəhbərlik qarşısında qaldirmaq və əsas da həmin problemleri ictimailəsdirmək, aidiyyatı orqanların diqqətinə çatdırmaq Faiq bəyin gündəlik iş fəaliyyətinə çevrilib.
Faiq bəyi həm də gözəl ailə başçısı, ata, baba kimi tanıyırıq. Oğlu Tural atasının yolunu demək olar ki hər sahədə davam etdirir. O, həm yaradıcılıqla məşğul olur, iki şeir kitabının müəllifidir, bəstəkarlar onun yaradıcılığına ürəklə müraciət edir, tanınmış müğənnilər mahnılarını oxuyur. Tural həm də ADDA-nın məzunudur.
Nəvələrinin atası Fərrux artıq Kapitan kəməkçisi vəzifəsində çalışır. Her ikisi bütün dənizçilərin, ələlxüsus biz veteran dənizcilərin ən sevimlilərindəndirlər.
Dediklərim sözgəlişi deyil, yoldaslıq edib süfrə arxasında oturmuşuq, onun da mənim də heç vaxt üstündən xətt çəkməyəcəyimiz duz-çörək kəsmişik. Ailəcə tanıyırıq Faiq bəyi. Nəvəm Kübraya həsr etdiyi şeir Faiq bəyin tək öz nəvələrinə deyil, bütün körpələrə, uşaqlara olan hədsiz sevgisinin bariz nümunəsidisidir. Kübra hər məclisdə fəxrlə Faiq babanın ona həsr etdiyi şeiri əzbərdən söyləyir.
Əziz dost, həyatının 60 ilini yasamış bir insan kimi çox ugurlara imza atmısınız, bir çox arzularınıza çatmısınız. Amma təbii ki, insanın ələlxüsus bir yazarın arzuları hec vaxt tükənməz. Əminəm ki, bir vətəndaş kimi, ailə baçısı kimi, yazar kimi və nəhayət baba kimi çox arzularınız hələ irəlidədir. Allahdan arzu edirəm ki, bu arzuları reallasdırmaq üçün, nəvələrinin öz urəyincə olan inkişaf etmis, butöv Azərbaycanda yaşamasını görmək uüçün sizə can sağlığə ilə uzun ömür versin.
Sonda Faiq dostumun dənizi, dənizçini dənizə sahildən baxanlara daha yaxından tanıtmaq istədiyi və əzbərdən bildiyim sevdiyim bir şeirini qeyd eləmek istəyirəm:
Dəniz elə həmənkidir, gah mülayim, üzəgülər
gah da dönüb ölüm olar
bizi güdər
Dənizçidə dözüm gərək
Ölümünə baxa bilin
ölümünə qalib gəlsin
yıxa bilsin.
Dənizçinin yuxusuna
Torpaq ətri girər hər gün
Yanıb sönən mayaklarda
Ümid adlı bir közərti
Görər her gün
Dənizçiyə dalğaların arasından
əl eləyər su pərisi
dənizçiyə ad verərlər,-
su dəlisi
Dəyərlər ən gözəl əsər hele yazılmamış lakin yazilacaq əsərdir. Həmin Hemin əsəri oxumaq ümidi ilə dənizçi dostun və oxucun,
Liman Muhendisi Feyyaz Rustemov.
Seudiyye Erebistani-Dammam.