Vətəndaş Həmrəyliyi Partiyasının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədi, VHP qadın qolunun rəhbəri, tanınmış şair Aysel Səfərli təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Məzahir Rüstəmov məhəlləsində keçirib.
Yığıncağı VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli açaraq növbəti parlament seçkiləri, VHP-nin seçki plarforması, Milli Məclisdəki fəaliyyəti, partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolu və qarşısında duran işlər barədə məlumat verib.
VHP-nin səlahiyyətli nümayəndəsi Gülnar Hüseynova millət vəkilliyinə namizəd barədə, onun həyat yolu, fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb.
Daha sonra deputatlığa namizəd Aysel Səfərli seçki platforması, gələcəkdə görəcəyi işlər, Xətai rayonunun problemləri, seçiləcəyi təqdirdə ilk qarşısında duran işlərdən danışıb. Çıxışından sonra Aysel xanım seçicilərin suallarını cavablandırıb.
Səmimi şəraitdə keçən görüşdə vətəndaşlar öz qayğıları, rayonun problemləri haqqında namizədə danışıblar.