Qazaxıstan senatı (yuxarı palata) bu gün “Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası” adlı qanun qəbul edib.
Müstəqil.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yeni qanun ölkənin birinci prezidenti Nursultan Nazarbayevin ömürlük olaraq Təhlükəsizlik Şurasına rəhbərlik etməsi hüququnu təmin edir.
Qanun layihəsi imzalanması üçün dövlət başçısına göndərilib.