Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verildi – Xalq artisti

Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verildi – Xalq artisti

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verilib.

MÜSTƏQİL.AZ  xəbər verir ki, bu barədə Xalq artisti Gülyanaq Məmmədova sosial şəbəkədə məlumat yayıb:

“Bu gün Özbəkistanda Polad Bülbüloğlunun “Xalq artisti” fəxri adı alması münasibəti ilə təqdimat keçirilib. Tədbirdə Özbəkistanın və Azərbaycanın mədəniyyət nazirləri və səfirləri iştirak ediblər”.

Qeyd edək ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Share: