Ləhiş bağlarında susuzluqdan yanan ağacların günahı kimdədir?

Ləhiş bağlarında susuzluqdan yanan ağacların günahı kimdədir?

Sabunçu rayon Ləhiş bağ massivi  34-cü dalanda yaşayan  bir qrup sakin Müstəqil.Az-a müraciət ünvanlayıblar. Müraciəti olduğu kimi təqdim edirik:

 Hörmətli redaksiya! 

XXI əsrdə elmin, texnikanın, Azərbaycanın hər sahədə inkişaf etməsinə baxmayaraq paytaxt Bakının kəndləri susuzluqdan əziyyət çəkir. Xüsusilə Sabunçu rayonunda yerləşən  Ləhiş bağlarında. Burada vəziyyət lap acınacaqlıdır. “SEA BREEZE” adlanan ərazi ilə üzbəüz yolun əks istiqamətində insanların əməyi nəticəsində salınmış bağlar nə kanal suyu, nə də içməli su ilə təmin olunur. Amma əks istiqamətdə “SEA BREEZE” də kahkəşanlı yaşayış və istirahət zonasında insanlar gecə-gündüz su ilə təmin olunur.

2014-cü ildə öz vəsaitimiz hesabına çəkdirdiyimiz kanal suyu iki ildir ki verilmir. Dəfələrlə 34-cü dalan sakinləri adından, çoxsaylı imzalarla Azərsu Səhmdar Cəmiyyətinə müraciət etməyimizə baxmayaraq heç bir irəliləyiş yoxdur. 2024-cü ilin aprel, may aylarında da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova da müraciət etmişik. Müraciətimizin lazımi ünvana çatdığını  da müəyyən etmişik. Amma bu yayın isti günlərində ağaclar dilə gəlib deyir: “KİMDİR GÜNAHKAR?”

Fikirləşdik ki, sizin köməyinizlə məsələni ictimailəşdirək. Axı Yaşıl dünya naminə həmrəy olaraq Azərbaycan ev sahibliyi edirsə, bəzi üzdən iraq məmurlar bu yaşıllıqların məhv olmasına səbəb olur.

P.S. İçməli suyu susuz kəndlər maşını 40 manata alıb özü içsin, yoxsa ağacı?

Müstəqil.Az

Share: