Əlbəttə ki, torpaqlarımızın işəqaldan azad olunamsından və regionda yeni düzən forlaşdıqadan sonra dünyanın, xüsusilə də ölkəmizə diqqətlə və qısaqanclıqla yanaşan bir sıra beynəlxaql institutların ölkəmizə “marağı” daha da artıb. Bu mənada ölkədə baş verən proseslər, xüsusilə də demokratiya, insan haqları, şəffaflıq, ədalətli seçkilər və s kimi məsələlər daha diqqətlə izlənir, təftiş edilir. Sanki Azərbaycanın nələrdəsə ittiham etmək üçün bahənələr axtarılır. Əlbəttə ki, bu baxımdan Pralament seçkiləri torpaqlarımızın işğaldan azad olunmasındn sonra ilk deyil və bu il fevral ayında keçirlən Azərbaycan Respublikası Prezidentliyinə keçirilən seçkilər ölkəmiz üçün böyük bir sınaq oldu. Biz ölkə olaraq, vətəndaş olaraq bu sınaqdan uğurla keçdik. Hər kəs şahiddir ki, bu seçkilərin nəticələri, qanunvericiliyin tələblərinin pozulması, beynəlxaql standartlara uyğun gəlməyən məqamlar və s. ilə bağlı hər hansı bir ciddi irad, qüsur səslənmədi, ölkəmizin keçirlən seçkilərin demokratik, şəffa keçirilməməsi, ilə bağlı şübhələr aradan qalxdı və Azərbaycana qarşı səsələndirilə biləcək mümkün iddihamların, qarxayaxmaların qarşısı alındı. Yeri gəlmişkən, məhz həmin seçiilərdə işğaldan azad olunmuş ərazilərmizdə yaradılmış seçki məntəqələrində ilk dəfə seçkiləri müşahidə missiyasını hyəata keçirdiyim üçün keçirdiyim qürur hissini sözlə təsvir etməkdə çətinlik çəkirəm.
Əlbəttə ki, indi keçirlən Parlament seçkilərini, Prezident seçkiləri ilə bütün mənalarda – beynəlxaql əhəmiyyət və maraq, kütləvilik, seçki fəallığı və s. baxımından müqasyisə etmək fikrindən uzağam. Əlbəttə Prezident seçkilərinə həm daxildə, həm xaricdə maraq daha çox idi, müşahidəçilik missiyası daha diqqətli və daha kütləvi idi, seçicilərin fəallığı daha artıq idi və s. Əslində, Prlament seçkilərinin keçirilməsi ilə bağlı ölkədə bir fərqli yanaşma formalaşmağa başlamışdı. Müxtəlif siaysi kuluarlarda gedən söz-söhbətlərə görə, bu dəfə Parlamenrt seçkiləri seçki qanunverciliyində ciddi dəyişikliklərdən sonra baş tutacaq, seçki prosesi yeni bir hüquqi müstəvidə təşkil ediləcək. Belə ki, torpqlarımız işğaldan azad olunduqdan sonra ölkədə inzibati idarəetmə sistemində dəyişikliklər aparldı və bu proses davam edir. Bir çox sahələrdə aparılna islahatlatlar sanki seçki sistemində də ciddi dəyişikıər aparılcağına şərtləndirirdi. Məsələn 1992-ci ildən indiyədək siyasi partiyalar artıq kifayət qədər püxtələşmiş, qanunvericliyin tələblərinə uyğun fəaliyyət göstərir (əvvəlki illərdən fərqli olaraq müxtəlif dini, milli və s. əsaslar üzərində qurulmuş, başqa dövlətlətin iradəsindən asılı olan partiyalar demək olar ki, artıq yoxdur). Ökənin siyasi həyatında sözünü deyir, hətta bəzi siyasi partiyalarımız beynəlxaqı arena çıxa biliblər. Digər tərəfdən ölkə əhalisinin sayı kifayət qədər artıb (1992-ci illə (7 milyondan artıq) müqayisədə bu gün isə 10 milyondan artıqdı) və s. bu kimi ciddi dəyişikləri nəzərə alınsa, ölkə Parlamentinin üzvlərinin say tərkibinin artırlması ilə bağlı, seçkilərin qarışıq sistem (mojaritar və proporsional seçki sitemləri ) əsasında keçirilməsi və s. kimi məsələləri xalqın müzakirəsinə çıxarılacağının vaxtı çatdığı və seçki qanunvericilioyin dəyişiləicəyi ehtimalı artır. Lakin hesab edirəm ki, məlun obyektiv səbəblərdən hələ ki, bu islahatlarla bağlı məsələləri gündəlikdən çıxarılmasına səbəb oldu. Amma istənilən halda inanıram ki, bu seçkilər də Azərbaycan Respubliaksı seçki qanunvericliyi çəsrçivəsində keçiriləcək və hər bir seçici iradə təmin edilməsi üçün şərait yaradılcaq, seçkilər uğurla həyat keçirləcək.
Siyasi şərhçi
Əhməd N. Abbasbəyli