DANİB Mingəçevir və Ucarda ailə dəyərləri ilə bağlı seminar keçirib

DANİB Mingəçevir və Ucarda ailə dəyərləri ilə bağlı seminar keçirib

“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc ailə institutu” adlı layihə çərçivəsində Mingəçevir və Ucar şəhərlərində seminar təşkil edib.

Mingəçəvir şəhərində keçirilən tədbirdə məruzə ilə çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq Faiq Ələkbərli türk xalqları tarixinə ekskursiya edərək Azərbaycan ailəsinin daşıdığı milli dəyərlər haqqında danışıb. F.Ələkbərli xalqımızın milli-mənəvi dəyərlərinin, eyni zamanda milli ailə modelinin qorunub saxlanılmasının hazırda da aktual mövzu olduğunu bildirib.

Ucar şəhərində təşkil olunan seminarda çıxış edən ekspert, teoloq Əzim Rəfiyev Azərbaycan xalqının yüzillər ərzində formalaşan və günümüzədək gəlib çatan adət-ənənləri, milli və dini yaddaşımızda yer tutan dəyərlər sistemi haqqında ətraflı məlumat verib. Ə.Rəfiyev təhlükəli, eyni zamanda xalqımızın əxlaqına və dünyagörüşünə zidd olan birgəyaşayış qaydalarının Azərbaycan cəmiyyətində özünə yer tapa bilməməsi üçün yalnız müvafiq dövlət qurumlarının deyil, həm də hər bir vətəndaşın fəallıq göstərməli olduğunu, onların milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə miras buraxılmasına çalışmasının zəruriliyini ifadə edib.

Hər iki şəhərdəki seminarda çıxış edən DANİB sədri Elməddin Behbud layihənin məqsədinin milli dəyərlərlərimizin ilk mühafizəçisi və təbliğatçısı olan ailələrimizin qloballaşmanın məruz qoyduğu deqradasiyadan qorunmasının vacibliyi və ənənəvi xarakter daşımayan yad təsirlərin yaratdığı təhlükələr barədə cəmiyyətin maarifləndirilməsi olduğunu deyib. Elməddin Behbud milli və mənəvi dəyərlərimizə söykənən ailə institutumuzu qorumağın həm də milli dövlətimizi mühafizə etmək olduğunu vurğulayıb.

Seminarlarda layihə çərçivəsində internet televiziyasında yayımlanan verilişlər barədə də məlumat verilib.

Mingəçevir və Ucar şəhərlərində keçirilən seminarın iştirakçıları mövzu ilə əlaqədar düşüncələrini bildirməklə yanaşı suallarını da səsləndiriblər. Mövzu ətrafında diskussiyalar aparılıb və sonda tədbir iştirakçılarına sertfikatlar təqdim olunub.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Share: