BİR AZ UZAQDAN VƏ HƏM DƏ KEÇMİŞDƏN -Aydın CAN yazdı

BİR AZ UZAQDAN VƏ HƏM DƏ KEÇMİŞDƏN -Aydın CAN yazdı

(Özündən əvvəlki deputatların hamısından daha çox Kişi və Böyük Türkçü… Tənzilə Rüstəmxanlı)

Tələbəlik illəri idi, yataqxanada qalanlarımız vardı: rəhmətlik Ələsgər Qurbanov, hazırda Moskvada yaşayan Mehman Qaffarlı, Əlisəfa Mehdiyev, İlham Məmmədli, Şahin Əliyev, Səcarəddin Alməmmədov və b.

Mən də ikinci kursdan nəşriyyatda işləyirdim deyə, dərsdən işə, işdən dərsə get-gəldəydim: arada yaranan fasilədə yataqxanaya qaçırdım ki, bir hovur gözümün dincini alım.

Daha çox İlham Məmmədlinin otağında küllənirdim. Növbəti gəlişimdə gördüm ki, Gündüz Tahirli də burdadır. Rəhmətlik Ələsgər Qurbanov da. Dalağım sancdı: nəsə bir “qazan şokolad” qaynadacaqlar bunlar, allah axırını xeyir eləsin, amma deyəsən, arada mən yata bilməyəcəm. Bəli, dediyim kimi, ikisi də itoynadan, ikisi də xoruz döyüşdürən! Bir də gördüm “burs Həsən”gildəki kimi qışqırıq qalxdı: nə olub, nə olub, bəs deməzsənmi Mehman Qaffarlı ilə Əlisəfa Mehdiyev əlbəyaxaya çıxıblar!
Əlbəttə ki, “əlbəyaxa generatoru”nu işə Ələsgər salıb, provokatorluğu Gündüz edib! Bunlar da cumub bir-birinə!
İndi birtəhər ayırıblar bunları: İlqar Rəsul demiş, ara güclə sakitləşib, Ələsgər qayıdasan ki, mehriban olun! Gündüz də o yandan ələkçiyə qıl verir: “Ələsgər, nə mehriban olun e, görmədin Əlisəfa söyüş söydü?”.
Səcarəddin Alməmmədov:
– Gündüz (Səci ona ayrı cür müraciət edirdi), kəs səsini görüm!
Ara sakitləşməkdə… bu dəm Ələsgər şaqqanaq çəkir:
– Əlisəfa, amma yaman yapışmışdın ha yaxasından, söyməyini boş ver! (əslində söyüş olmayıb ha!)
Gündüz:
– Ay Mehman, o boyda söyüşləri necə uddun e, nə olsun ayırdılar? (əslində söyüş olmayıb ha!)
Dialoqlar, atmacalar, replikalar təxminən bu “sülhməramlı” tonda davam edir, Əlisəfa ayağa durub, fısıldaya-fısıldaya Mehmanın yanından keçir ki, mən getdim, day barışdıq və… əlini Mehmanın başına çəkir!
Vaaay dədə! Mehman F-16 sürəti ilə haçan bıçağı götürdü, haçan Əlisəfaya cumdu, keçmiş hərbçi Səcarəddin Qəbələ RLS kimi momenti necə tutdu badalaq atdı, bir Tanrı şahiddir!
BDU-nun yataqxanasında iki tələbənin bir-biri ilə zarafat bətisun qətl törətməsi AN MƏSƏLƏSİ oldu! Ki… qabağı alındı… Tanrının izni ilə!
İndi hamı pərt oturub: hamı susur!
Ələsgər dillənir:
– Ə, siz nə axmaq adamsınız, nə murdar adamsınız, sizə adam deyənə lənət olsun! Jurnalistikada oxuyursunuz, bu qədər “tupoy”sunuz ki, başa düşmürsünüz biz zarafat edirik? Hərəmizin yüz dərdi var, bu bir az zarafatla dərdlərimizə gülürük? Bu nə kişilikdir sizdə?
Sonra da üzünü Mehmana tutub “ayə, bu qədər əlbəyaxa oldunuz, bir-birinizlə, heç bıçağa əl atmadın, başına sığal çəkəndə o nə eşşəklik idi? İndi neçə adam bədbəxt olacaqdı, başa düşürsən?”
Əlbəttə ki, hamı pərt, hamı peşman, hamı sarsıntı içində, Mehman qayıdasan ki:
– Yox e, mənə söyüşləri təsir eləmədi, mən də söydüm, ancaq o mənim başıma əlini çəkəndə dəli oldum, iki gün keçməyib e saçıma dərman sürtməyumdən, əl vurmaq olmazdı, bu da p…xa döndərdi müalicəni!
İndi nə stolda oturan var, nə də ayaq üstə duran: hamı gülməkdən qəşş edib yıxılıb yerə!
Adamlar bir-birinə əl atıblar, artıq-əskik ifadələr deyiblər, heç kim heç nəyə əl atmayıb, ancaq saç dərmanı zay olub deyə, bıçaq hədəfinə doğru uçur!
Mehman heç Moskvada o saç tökülməsinin qarşısını ala bilmədi, amma 1991-ci ildə… Əlisəfanı öldürəcəkdi!
DEMƏYİM O Kİ…
Deməli, Tənzilə Rüstəmxanlı Neftçalada namizədliyini verib, ölkə dəyib bir-birinə!
Heç kim də paylaşımında, statusunda nəzərə almır ki, bu bir Azərbaycan Qadınıdır!
A kişilər, ƏVVƏLA, Tənzilə Rüstəmxanlı o rayonda özündən əvvəlki namizədlərin və deputatların HAMISINDAN daha böyük KİŞİ və MÜBARİZ TÜRKÇÜDÜR: günün mənzərəsi, icmalı bu!
İKİNCİSİ DƏ Kİ, Arif Rəhimzadəni həzm edən adamlar deyilsiniz siz? – müstəqilliyin əleyhinə, müstəmləkəçilikdən sonra ilk demokratik seçkinin legitimliyinə nifrət edib qiyamçılara dəstək olan biriydi e!
Ondan sonrakı da həmçinin!
Ondan sonrakından da sonrakından da həmçinin!
Heç olmasa, Tənzilə Rüstəmxanlı… müstəqillikdən bu yana yalnız və yalnız Türkçülük, Türk Dünyası, Turan təbliğatı, təşviqatı, tərənnümü ilə məşğul olub – bir ayağı Türkiyədə olub, bir ayağı Altaylarda! Bir ayağı Avropada olub, bir Ayağı Asiyanın cənubunda!
BU BOYDA xidmətləri olan bir QADINA qarşı bu hikkə, kin nədən olsun ki?
Mehman Qaffarlısınız siz?
Sizi o dünyadan rəhmətlik Ələsgərlə Amerikadan sağolmuş Gündüz provokasiyaya çəkib, “saçyoldu generatoru”nu işə salmısınız?
Elçibəyçisinizsə, Elçibəy müdriklərin diliylə deyirdi ki, danış görüm kimsən? Qoy danışsın, bilin kimdir də!
Amaliya Pənahova deputat olmayıb o parlamentdə – özü də hansı sözü deyəndən sonra? Ya Zeynəb Xanlarova olmayıb – özü də hansı bəyanatdan sonra?
Nə oldu e, elə Tənzilə Rüstəmxanlı namizədliyini verəndə hansısa damarınız oyandı?
Milli Məclis “siyasi Məkkə”-zaddı bəyəm?
Ya “milli-mental Kərbəla”dır? Bəlkə Məşhəddə əhli-beyti ziyarətə “möminəxatun” axtarışındasınız?
Milli Məclisdir də, məlum Milli Məclis – elə o məclisdə Tənzilə Rüstəmxanlı olsa, hələ ona qədər olanların içində ən yaxşılardan biri olacaq da! Ən azından, “Qənirə Paşayeva” platforması canlanacaq!
İndi Neftçalada nəsə deyib deyib də – “vorovskoy”, “po ponyatiye” yaşayırsınız ki, adamın dilindən çıxan sözü “spros” edirsiniz?
Demokratik ölkə deyil? Demokratiya istəmirsiniz?
Vallah, düz deyirəm, Lənkəranda Tənzilə xanım namizədliyini versəydi, bütün toxum-tayfamı aparardım seçkiyə bu xanıma səs verməyə seçilməyi üçün: Cavanşir Paşazadədən daha çox faydası olardı Lənkəranlı seçicilərə! Neftçala seçiciləri bir yeyib beş şükür eləsinlər – yoxsa onlar özlərini Arif Rəhimzadəyə və ya başqalarına layiq bilirlər: demokratiyaya və demokratik qüvvələrə düşmən və milli hökümətə xəyanətkar, Rusiyaya sədaqət andı içənləri istəyirlər?
Axtarsan, Neftçalaya heç nə əvvəllər, nə indi, nə də indən sonra Tənzilə Rüstəmxanlı kimi şarmlı, yaraşıqlı, Türkçü-Turançı XANIMIN ayağı dəyməyib, dəyməyəcək də!
Tənzilə Rüstəmxanlı indiyə qədər Türkçülüyə-Turançılığa nə qədər müstəsna xidmət edibsə, bundan sonra Azərbaycan xalqına onun yüz misli fayda verəcək – inanın mənə: atamın qəbrinə and içirəm ki, səmimi və ürəkdən gələn doğru sözümdür!
Həə, ən axırda: “Mehman Qaffarlılıq” eləməyin, “Ələsgərlərlə Gündüzlər”in “dudka”sına getməyin! Qarşınızdakı… çoxundan çox KİŞİ, ƏR… Qadındır!
YAZIYA SÖZARDI – “DLYA ZLIX YAZIKOV”: Tənzilə Rüstəmxanlı özü bir Türkçü olaraq, toxum-tayfası da onunla birgə, mənə nifrət edənlərin ən başda duranlarından biri və birinciləridir: qanımı versən, itlərinə də tökməzlər ki, itimiz “it qanı” ilə zəhərlənər! YƏNİ: adam və toxum-tayfası məni talış olaraq heç bir halda qəbul etməyənlərdəndir… Elçin Səlcuq kimi! Münasibətlərini də gizlətməyiblər! Amma mən bu yazını AZƏRBAYCAN NAMİNƏ yazdım: imkan verin, namizədliyini veribsə, qoy deputat da olsun!
FAYDASI MİSİLSİZ OLACAQ!
Share: