“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Bakıda xüsusi qeyd olunur

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd olunur.

Trend-in məlumatına görə, bu münasibətilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində bu gün Dənizkənarı Milli Parkda uşaqlar attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə ediblər.

Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, “Qorxulu ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərib.

Trend Dənizkənarı Milli Parkda keçirilən aksiyadan fotoları təqdim edir.

FOTO – Zaur Mustafayev

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Share: