“Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihə çərçivəsində Şirvanda tədbir keçirilib

“Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihə çərçivəsində Şirvanda tədbir keçirilib

Tədbiri açıq elan edən Şirvan İcra Hakimiyyətinin nümayəndəsi Rafael Nəsirov gələn qonaqları məktəblilərə təqdim edib. Rafael Nəsirov DAUİB təşkilatına uğurlar arzulayıb. Rafael Nəsirov gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə sosial fəallığın artırılmasının önəmindən danışıb. Həmçinin gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində mübarizə işinin aparılmasının genişləndirilməsinin zəruriliyini bildirib.

Sonra “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva tədbirin əsas məqsədinin narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair olduğunu deyib: “Hazırda həyata keçirdiyimiz “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihə üzrə qarşıya qoyulan vəzifələr yeniyetmə və gənclər arasında zərərli vərdişlərlə bağlı maarifləndirmə işlərinin aparılmasıdır. Məqsədimiz yeniyetmələrin narkotik vasitələrə meylliliyinin azaldılması, risk qrupuna daxil olan şəxslərin zərərli vərdişlərdən çəkindirilməsi, gəncləri narkomaniyanın sağalmaz xəstəliklərə “ayaq” açması ilə bağlı maarifləndirilməsindən ibarətdir”.

Daha sonra çıxış edən Şirvan şəhərin 2 nömrəli tam orta məktəbin direktoru Əminə Əliyeva bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini bildirib. Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov narkotikin, siqaretin insan orqanizimində törətdiyi fəsadları bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar verib.

Tədbirin sonunda “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası üçün göstərilən maliyyə dəstəyinə, icra numayəndəsinə, tədbirin kecirilməsidə köməkliyə məktəbdə rəhbərliyinə görə təşəkkür edib.

      

Share: