ASCO-da Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, iqtisadçılar və nəqliyyat üzrə ekspertlərlə görüş keçirilib

ASCO-da Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, iqtisadçılar və nəqliyyat üzrə ekspertlərlə görüş keçirilib

Müstəqil.Az  Seanews.az-a istinad edərək xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasının 11 illiyi ilə əlaqədar Qeyri Hökumət Təşkilatlarının, beyin mərkəzlərinin nümayəndələri, nəqliyyat və maliyyə bazarları üzrə ekspertlər, iqtisadçılarla ASCO-da görüş keçirilib. İctimaiyyət nümayəndələrinə ASCO-nun dünəni, bugünkü fəaliyyəti və gələcəyə baxışına dair ətraflı məlumat verilib”.

Müstəqil.Az olaraq dənizçilərin mənəvi, sosial və hüquqi cəhətdən daima maraqlarının qorunmasında fəaliyyəti ilə seçilən, dənizçilərimizin və gəmiçiliyimizin bu günü, keçmişi və gələcək perespektivi ilə bağlı müxtəlif layihələrə imza atan Azərbaycanda yeganə rəsmi dövlət qeydiyyatından keçmiş Qeyri Hökumət Təşkilatı olan “Dənizçilərə Sosial Dəstək” İctimai Birliynin sədri Faiq Balabəyli ilə əlaqə saxladıq. Görüş haqda onun  fikirlərini soruşduq, fəaliyyəti dənizçilərlə birbaşa bağlı olan QHT olaraq tədbirə niyə dəvətli olmadıqları ilə maraqlandıq.

Təşkiklat sədri bildirdi ki, Mətbuatda gedən xəbərdə keçirilən əhəmiyyətli görüş zamanı “ASCO-nun beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində, o cümlədən Orta Dəhlizin inkişafında rolu və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Həmçinin qonaqlara investisiya layihələri, donanmanın yenilənməsi proqramı, Xəzərdənkənar sularda fəaliyyətin genişləndirilməsi strategiyası, sıfır emissiya hədəfinə çatmaq istiqamətində görülən işlər, eləcə də şirkətin strateji hədəfləri, korporativ idarəetmə, dayanıqlı inkişafa dair gələcək planlarından danışıblar.Həm də görüşün məqsədi ASCO ilə bağlı sualları hərtərəfli cavablandırmaq, mediada və ictimai müzakirələrdə məlumatlandırmanın düzgün təşkili üçün gəmiçiliyin fəaliyyəti ilə ekspertləri yaxından tanış etmək, onların rəy və təkliflərini dinləməkdən ibarət olub”.
O ki qaldı tədbirə dəvətli olmamağa, Görünür görüşün təşkilatçıları “DSD” təmsilçilərini həm də ASCO ailəsinin üzvü kimi qəbul etdiklərinə görə bizi unudublar. Digər QHT-çiləri dəvət etməklə, onların daha çox məlumatlandırılmasını istəyiblər. Yaxud da başqa bilmədiyimiz məsələ ola bilər. İnşallah ilin axırına qədər “DSD” İB-nin özünün müşahidələrinin, araşdırmalarının hazırladığı sil-silə yazılarla iştirak edəcəyik. İldən-ilə uğurlara, yeni layihələrə imza atan Azərbaycan gəmiçilyi haqda dənizçilərin özünün fikirlərini oxucularımıza çatdıracağıq ki, bu da bizim İctimai Birliyin dənizçilərimizin və gəmiçiliyimizin 11 il ərzində nələrə qadir olmasını ictimaiətə töhfəsi olacaq, deyə “DSD” idarə heyətinin sədri, təcrübəli dənizçi, gəmi kapitanı F. Balabəyli bildirib.

Aysel Xanlarqızı

Share: