İsa Həbibbəylinin yazıçı, alim Sadıq Qarayevin böyükhəcmli əsərləri haqqında məqalələrini və kitablarına yazdığı ön sözləri oxuyanda professorun şəxsiyyətinə marağım artdı.
Gənc alim, yazar və ədəbiyyatçılara bu qədər həssaslıqla yanaşması, vaxtının məhdud olduğu halda zaman ayırması, həm də kifayət qədər zaman ayırması İ. Həbibbəylinin böyüklüyünün göstəricisidir. O üzdən, Sadıq Qarayev timsalında İsa müəllim kimi böyük alim, elm və siyasi xadim tərəfindən diqqətə layiq görülmüş hər kəsi xoşbəxt hesab edirəm. Çünki, yazarların, alimlərin ən böyük mükafatı yaradıcılıqlarına qiymət verilməsi, onların yeni uğurlara istiqamətləndirilməsidir. Bu dəyər İsa Həbibbəyli kimi müdrik şəxsiyyət, böyük alim tərəfindən verilirsə, demək dəyərləndirilən şəxs, özü də bilmədən nadir tapıntıdir. İsa müəllimin istedadlara qayğı və xeyirxahlıqla yanaşmasının bir çox nümunəsini misal çəkmək olar. Onun filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq və ədəbiyyat tarixində kifayət qədər elmi nailiyyətlər əldə etmiş bir çox alimlər haqqındaki qərarlarını da buna şamil etmək olar.
Demək, İsa müəllimin özünün xüsusi seçim və dəyərləndirmə proqramı mövcuddur ki, bu proqramı heç bir elmi-tədqiqat institutu, heç bir elmi araşdırmalar mərkəzi yarada bilməz. Bu praqram, həm elmi, idrakı, həm humanizmi, həm təşkilatçılıq, rəhbərlik, idarəçilik bacarıqları ilə seçilən, həm də milli dəyərlərimizə, dövlətçiliyimizə sevgi və qayğı ilə yanaşan xüsusi seçilmiş şəxslərin beyninə yalnız ulu yaradan tərəfindən xüsusi sevgi ilə yüklənə bilərdi.
Təkcə ədəbiyyat sahəsində deyil, Azərbaycan elminin bütün sahələrində İsa Həbibbəyli məktəbi keçmiş alimlərimiz yetişməkdədir və İsa Həbibbəyli məktəbini ölkəmizin, dövlətimizin elmi-inkişaf tarixində yeni mərhələ hesab etmək olar.
İsa Həbibbəyli, ədəbi irsimizə də böyük qayğı və həssaslıqla yanaşan əsl alimdir. Onun Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına sevgisini, klassikimizin tədqiqini, dərindən araşdırıb gəncliyə sevdirməsini bir alim, bir ədəbiyyatçı olaraq vəzifə borcu kimi qiymətləndirdiyimiz halda, Məmmədquluzadə nəslinin davamçılarını axtarıb çətinliklə tapmasını, bu istiqamətdəki bütün əziyyətləri üzərinə götürüb, onları vətənə dəvət etməsini isə əsl vətənpərvərlik, humanizm nümunəsi kimi dəyərləndirmək olar. Akademik İsa Hәbibbәyli Azәrbaycan әdәbiyyatşünaslığının inkişafında xüsusi xidmətləri olan görkәmli alimlәrimizdәndir. İsa Həbibbəyli istənilən mövzuda, istənilən zaman tam hazırlıqsız danışmaq imkanlarına malik olan bir elm xadimidir. Bunun, akademik İsa Hәbibbәylinin də iştirak etdiyi dəvət aldığım tədbirlərdə professorun çıxışlarında və verdiyi müsahibələrdə dəfələrlə şahidi olmuşam. Görkəmli ədəbiyyatşünas alim, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi İsa Həbibbəylini 75 illik yubileyi münasibətilə təbrik edir, alimimizə möhkəm can sağlığı, yaraqdıcılıq uğurları arzulayiram.
Etibar Muradxanlı