Musiqisini xalq artisti Faiq Sücəddinovun bəstələdiyi, sözlərini akademik Rafael Hüseynovun yazdığı “Qarabağnamə” simfoni balladısının xor kapellasının ifasında son məşqlərini izləmək üçün Milli Məclis sədrinin müavini, VHP Ali Məclisinin üzvü, akademik Rafael Hüseynov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında sənətkarlar və musiqi heyəti ilə görüşüb.
Yüksək peşəkar olan Gülbacı İmanovanın səslənişin gözəl alınması üçün təklif etdiyi xırdalıqları bir daha nəzərdən keçirib.
Şənbə günü artıq Radionun Səsyazma Evində xalq artisti Yalçın Adıgözəlovun dirijorluq etdiyi simfonik orkestr toplaşacaq.
Yekun məşqlərdən sonra əməkdar artist Ramil Qasımov, xor və simfonik orkestrlə “Qarabağnamə” yazılacaq.
Rafael Hüseynov bildirib ki, Zəfər Bayramımıza hamımızın ortaq töhfəmiz olan “Qarabağnamə” simfonik balladası üzərində son işlər elə zəfərimizə yaraşan ruh yüksəkliyi ilə davam edir.
+