Rəşad Nəbiyev Beynəlxalq Dəniz Təşkilatının Baş katibi ilə görüşüb

Rəşad Nəbiyev Beynəlxalq Dəniz Təşkilatının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşüb.

Müstəqil.Az xəbər verir ki, bu haqda nazir özünün feysbuk səhifəsində yazıb. O qeyd edib ki, görüş zamanı Əməkdaşlıq məsələlərini, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işləri müzakirə etdik.

R.Nəbiyev onu da qeyd edib ki, əlavə olaraq regional təlim mərkəzinin yaradılması məsələsini də nəzərdən keçirdik.

Tural Balabəyli

Müstəqil.Az

Share: