Zəfər parkı – mübarizə rəmzi

Zəfər parkı – mübarizə rəmzi

Prezident İlham Əliyev: “Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”

Azərbaycan dövlətinin və xalqının şəhidlərə olan ehtiramı, müxtəlif abidələrin və memorial komplekslərin inşa edilməsi ilə görünür. Bu abidələr, həmçinin şəhidlərin ailələrinə və yaxınlarına daimi diqqət və qayğının bir göstəricisidir. Hər il şəhidlərimizin xatirəsini anmaq və onların ruhunu yad etmək üçün müxtəlif tədbirlər keçirilir. Bakıda yeni açılan Zəfər Parkı şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilib. Zəfər parkı, Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunmuş bir abidə kompleksidir. Bu parkda şəhidlərin qəhrəmanlıqları və müharibədə verdikləri fədakarlıqlar simvolizə olunur. Parkın hər bir guşəsi, şəhidlərimizin və qazilərimizin ruhunu əbədiləşdirməklə yanaşı, gələcək nəsillərə vətənpərvərlik və mübarizə əzmi barədə mühüm dərslər verir. Şəhidlərimizin adları, onların həyatları və müharibə zamanı göstərdikləri qəhrəmanlıqlar parkda yerləşən abidələr vasitəsilə gələcək nəsillərə tanıdılır. Bu abidə, 44 günlük müharibədə qəhrəmancasına həyatını itirən Azərbaycan hərbçilərinin şücaətini təmsil edir. Abidə, xalqın və dövlətin şəhidlərə olan ehtiramını və minətdarlığını ifadə edir. Zəfər parkının açılması vətənpərvərliyin təbliğində çox mühüm bir rol oynayır. Park, yalnız bir istirahət məkanı olmaqla kifayətlənmir,  həm də Azərbaycanın müasir tarixindəki ən əhəmiyyətli və simvolik hadisələri – xüsusilə 2020-ci ilin Vətən Müharibəsi nəticəsində qazandığı zəfəri yaşatmaq və təbliğ etmək məqsədini daşıyır. Zəfər Parkının açılışı, vətənpərvərlik hissinin gücləndirilməsi və Azərbaycan xalqının milli birliyinin təbliği baxımından mühüm bir addımdır.

Zəfər parkı sadəcə müharibə ilə bağlı deyil, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərilən mübarizənin rəmzidir. Parkda yerləşən abidələr və ekspozisiyalar vasitəsilə gənclərə vətənpərvərlik ruhunun nə qədər dəyərli olduğu, hər bir vətəndaşın öz torpağına, millətinə necə xidmət etməli olduğu barədə mesajlar verilir. Həmçinin, gələcəckdə parkda təşkil olunacaq sərgilər və tədbirlər, Azərbaycanda gənclərin milli dəyərləri qəbul etməsini, vətənə olan bağlılıqlarını gücləndirəcək.

Zəfər parkı 2020-ci ilin 44 günlük müharibəsində əldə edilən möhtəşəm zəfəri simvolizə edir. Zəfər Parkının açılışı, həm də şəhidlərin və qazilərin xidmətlərinin, onların mübarizəsinin yad edilməsi, gələcək nəsillərə bu qəhrəmanlıqların ötürülməsi baxımından çox önəmli bir mərasim idi. Zəfər Parkının açılışında Prezident İlham Əliyev iştirak edərək, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsini qeyd edib və həmin qələbənin, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqın gücünü və iradəsini bütün dünyaya göstərdiyini vurğulayıb. Prezident çıxışında, həmçinin şəhidlərimizin və qazilərimizin xidmətlərini yad edib və bu parkın onların xatirəsinə həsr olunduğunu bildirib. Dövlətimizin başçsı Zəfər parkının əhəmiyyətini və onun Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə verdiyi töhfəni vurğulayıb: “Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”.

Bu zəfər, yalnız ordunun qələbəsi deyil, eyni zamanda Azərbaycan xalqının birlik və həmrəyliyinin bir nümunəsidir. Zəfər parkı, xalqın bu birliyini və mübarizliyini gələcək nəsillərə çatdırmaq üçün yaradılmış bir məkandır. Parkda keçirilən tədbirlər, konsertlər, sərgilər və anım mərasimləri vətənpərvərlik ruhunun yayılmasına və xalqın bu qələbəyə olan bağlılığının əbədiləşdirilməsinə xidmət ediəcək.

Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın bu zəfərindən sonra beynəlxalq aləmdəki mövqeyinin daha da gücləndiyini və ölkənin dünya miqyasında önəmli bir güc mərkəzinə çevrildiyini vurğuladı. O, həmçinin, Ermənistanın Qarabağdakı işğalına son qoyulmasının və regionda sülhün bərpa olunmasının Azərbaycanın strateji üstünlüyünü artırdığını qeyd etdi: “Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir”.

Ümumilikdə, Prezident İlham Əliyevin Zəfər Parkının açılışında etdiyi müraciət, yalnız bir parkın açılışı ilə bağlı deyil, həm də Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və gücünün rəmzi olan, xalqın iradəsini və qələbəsini simvolizə edən bir çıxış idi. O, xalqı bir daha mübarizəyə və gələcəyə ümidlə baxmağa çağırdı, bu zəfərin hər bir azərbaycanlı üçün əziz olduğunu və bu zəfərin daim yaşadılacağını bəyan edib.

Zəfər Parkı, müharibənin və vətəndaş müharibələrinin gətirdiyi ağrılı nəticələrə qarşı sülhün və təhlükəsizliyin əhəmiyyətini də təbliğ edir. Parkın simvolik məkanları, müharibənin şiddətini və faciələrini göstərməklə yanaşı, eyni zamanda sülh və ədalətin vacibliyini vurğulayan bir mesaj da verir. Burada ziyarətçilər həm Azərbaycanın şanlı tarixini, həm də müharibədən sonra bölgədə bərpa olunmuş sülhün əhəmiyyətini daha yaxşı başa düşürlər.

Zəfər parkı yalnız şəhidlərin xatirəsini əbədiləşdirmək üçün deyil, eyni zamanda Azərbaycan xalqının birlik və iradəsini, müstəqillik uğrunda mübarizənin və torpaqların işğaldan azad edilməsinin simvoludr. Vətən müharibəsində şəhid olanların xatirəsi bu abidə vasitəsilə yaşadılır və gələcək nəsillərə vətənpərvərlik, qəhrəmanlıq və mübarizənin əhəmiyyəti təbliğ edilir. Bu park, həm də Azərbaycanın gələcək nəsillərinin öz milli kimliklərini və dəyərlərini qoruyub saxlamağa təşviq edən bir yerə çevrilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

 

 

 

Share: