Cümə günü səhər Romada bir qrup qarətçi inkassator maşınına hücum edərək ondan yarım milyon avro pul aparıblar.
“Report” xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının məlumatında deyilir.
Hadisə paytaxtın qərbində baş verib. Maskada olan silahlı 4 nəfər yerli supermarketdən pul aparmağa gələn bir neçə inkassator maşınına hücum edib.
İlkin məlumata görə, üzərində “polis” yazılmış jiletlərdə olan qarətçilər üç kassiri tərk-silah ediblər və pulları da götürərək xarici dövlət qeydiyyat nişanlı furqonda ərazidən uzaqlaşıblar.
Qarət nəticəsində xəsarət alan olmayıb. Polis vertolyotunun da köməkliyi ilə cinayətkarların axtarışını aparır.